Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Müsahibə / Ermənilər itkilərini açıqladılar – Cəbrayılda bir bölük, Ağdərədə 80 nəfər ölü…

Ermənilər itkilərini açıqladılar – Cəbrayılda bir bölük, Ağdərədə 80 nəfər ölü…

Bu gün Cəbrayıl rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələri ilə döyüşdə erməni tərəfi ciddi itkilər verib.

“AzeriDefence”nin ermənilərin “Haynews” saytına istinadən verdiyi məlumata görə, döyüşlərdə “Dağlıq Qarabağ müdafiə ordusu”nun bir bölüyü tam məhv edilib. 50 erməni hərbçisinin isə taleyi məlum deyil. Döyüş əməliyyatları zamanı ərazidə döyüş aparan alayın hüquqşünası da öldürülüb.

Azərbaycan Ordusunun həmlələrindən sarsılan ermənilərin hərbi hissələrindən birinin hərbi qulluqçuları öz hissəsini tamamilə tərk edib. “Şahidlərdən biri bizə bildirdi ki, vurulmuş maşında 6 hərbçi ölüb. Rayonun bütün giriş yolları, intensiv artilleriya atəşlərinə məruz qalır. Yerli hospitaldan bizə ora daxil olmuş 12 yaralı haqqında bildirdilər, hansılardan ki, 5-nin vəziyyəti ağırdır”.

Erməni saytı Ağdərə rayonu istiqamətində 80 nəfər itki verildiyini yazıb. Həmin məlumatları ermənilər Rusiya KİV-lərinə təsdiqləyiblər.

Sayt etibarlı mənbələrə istinadən onu da yazıb ki, bu gün Rusiya tərəfi Dağlıq Qarabağa kömək olaraq 2000 hərbi qulluqçu göndərməyə söz verib.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın