Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Müsahibə / Ermənilər AzərTAc və Associated Press-in əməkdaşlarını atəşə tutdu

Ermənilər AzərTAc və Associated Press-in əməkdaşlarını atəşə tutdu

Bu gün səhər Tərtərin Qapanlı kəndində çəkiliş edən bir qrup jurnalist ermənilər tərəfindən atəşə tutulub.

AzərTAc bildirir ki, Ermənistan hərbi birləşmələri Qapanlı yaşayış məntəqəsində çəkiliş aparan jurnalistlərin avtomobilini bilərəkdən top atəşinə tutublar.

Qapanlı kəndi erməni mövqeləri tərəfindən mütəmadi izlənir və hər hansı hərəkət olduqda dərhal hədəfə alınır. Jurnalistlərin kənddə çəkiliş etdiyini görən erməni hərbçilər əraziyə atəş açmağa başladıqdan sonra media nümayəndələri kəndi tərk etməyə məcbur olublar. Kənddən çıxarkən jurnalistlərin olduğu iki maşından biri açıq ərazidə hədəfə alınıb, xoşbəxtlikdən, mərmi kənarda yerə düşüb.

Avtomobildə AzərTAc-ın və Associated Press-in əməkdaşları olub.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın