Ermənilər Ağdamın işğal altında olan ərazilərinə növbəti dəfə od vurublar.
APA-nın xəbərinə görə, Ermənistan silahlı qüvvələrinin hərbçiləri rayonun Baş Qərvənd kəndinə od vurublar.
Məlumata görə, alov kənddəki ağacların və tikililərin yanmasına səbəb olub.
Kəndin yanması cəbhəyanı kəndlərdən açıq-aydın müşahidə olunur.