Cümə , Avqust 23 2019
Ana səhifə / Müsahibə / Erməni silahlı bölmələri atəşkəs rejimini 16 dəfə pozub

Erməni silahlı bölmələri atəşkəs rejimini 16 dəfə pozub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 16 dəfə pozub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində yerləşən Azərbaycan ordusunun mövqeləri atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Göyarx, Ağdam rayonunun Şirvanlı, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

Mənfi obrazı canlandırmaq xoşdur, aktyorlar sevgili olmamalıdır

“Möhtəşəm yüz il”, “Gülpəri” və “Eşkiya dünyaya hökmdar ola bilməz” seriallarındakı rolları ilə tanınan türk …

Bir cavab yazın