Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Müsahibə / Erməni helikopterini məhv edən hərbçimiz ordudan getdi – VİDEO

Erməni helikopterini məhv edən hərbçimiz ordudan getdi – VİDEO

Erməni helikopterini məhv etməklə məşhurlaşan hərbçimiz ordudan gedib.

Bu barədə Femida.az – a İlkin Muradovun özü məlumat verib. O, Silahlı Qüvvələrdən getməsini müddətinin bitməsi ilə əlaqəli olduğunu bildirib.

“Bundan sonra mülki həyatda Vətənə xidmət edəcəyəm”, deyən çavuş bu illərdə orduda xidmət etməyindən qürurlandığını da bildirib.

İlkin Muradov iki bacının tək qardaşıdır. Əsgər kimi 2008-2010-cu illərdə xidmət edib. 2014-cü ildə yenidən hərbi xidmətə gəlib. İki ay kurs keçdikdən sonra zenitçi ixtisasına yiyələndikdən sonra çavuş rütbəsində xidmətə başlayıb.
Mahir zenitçi kimi yetişmiş çavuş İlkin Muradov həm kurs keçdiyi müddətdə, həm də sonrakı aylarda çox sevdiyi “İqla” daşınan zenit-raket kompleksindən sərrast atış qaydalarını mükəmməl mənimsəyib.

2014-cü ilin noyabrında düşmənin Mi-24 tipli döyüş helikopterini məhv etdiyinə görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İlkin Məmməd oğlu Muradov Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.O, xalq arasında “vur, komandir, vur” ifadəsi ilə məşhurlaşıb.Bu xəbər yerli media ilə yanaşı,Türkiyə mediasında da böyük əks-səda doğurub. Düşmənin Mi-24 tipli döyüş helikopterini vurulması 1995-ci ildən sonra ilk hadisədir.

Ailəlidir. Bir övladı var.

Həmçinin oxuyun

Zahid Oruc: “Bu ləyaqətsiz və qeyri-insani hərəkətin cavabı məhz Ermənistanda olmalıdır”

Oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə …

Bir cavab yazın