Cümə , Yanvar 22 2021
Ana səhifə / Müsahibə / Erməni generaldan etiraf: “Aprel döyüşlərinə qədər bizim kəşfiyyat vasitələrimiz yox idi…”

Erməni generaldan etiraf: “Aprel döyüşlərinə qədər bizim kəşfiyyat vasitələrimiz yox idi…”

Dağlıq Qarabağdakı qondarma rejimin “müdafiə naziri”, general Levon Mnatsakanyan erməni silahlı birləşmələrinin aprel döyüşlərinə qədər zəruri kəşfiyyat vasitələrinə malik olmadığını deyib.

Virtualaz.org “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, Levon Mnatsakanyan bu səbəbdən Azərbaycan ordusunun hazırlıqlarının miqyasından xəbər tuta bilmək imkanında olmadıqlarını etiraf edib.

“Aprel döyüşlərinə qədər müvafiq texniki vasitələr olmadığından bizim dərinliklərdə kəşfiyyat aparmaq və rəqibin planlaşdırdığı hərbi əməliyyatın miqyasını aşkara çıxarmaq imkanımız yox idi. İndi isə erməni ordusunun ön xəttdəki bölmələri müvafiq texniki vasitələrlə təchiz olunub. Bunlar zəruri dərinliklərdə kəşfiyyat aparmağa imkan verir”-general iddia edib.

Xatırladaq ki, aprel döyüşlərindəki məğlubiyyətlərə görə prezident Serj Sərkisyan Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyini cəzalandırıb. 4 general və bir neçə polkovnik, o cümlədən Baş qərargahın kəşfiyyat idarəsinin rəisi Komitas Muradyan işdən qovulub.

Aprel döyüşlərindən sonra Ermənistan ordusunun hansı yeni kəşfiyyat vasitələri ilə təchiz olunduğu haqda məlumat yoxdur. Lakin istisna deyil ki, söhbət yeni pilotsuz uçan aparatlardan gedə bilər. Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi bildirmişdi ki, təmas xəttindəki mövqelər gecəgörmə cihazları və videomüşahidə sistemləri ilə təchiz olunub.

Həmçinin oxuyun

“Mənim evimdə erməni yoxdur” – Əli Həsənov

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, …

Bir cavab yazın