Şənbə , Aprel 20 2024
Ana səhifə / Müsahibə / Ekspertlər aprel müharibəsinin yekunları barədə

Ekspertlər aprel müharibəsinin yekunları barədə

Ekspertlər və analitiklər aprelin əvvəlində baş vermiş hərbi əməliyyatların yekunlarını təhlil etməkdə, burada geosiyasi amilləri və böyük ölkələrin rolunu müəyyən etməkdə davam edirlər.

Sirr deyil ki, ən çox təsir Moskvadan gəlir və Rusiyadan çox şey asılıdır.

Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə hesab edir ki, Azərbaycan hökumətinin əsas vəzifəsi əraziləri və strateji yüksəkilikəri almaq deyildi (baxmayaraq ki, bu da özlüyündə vacibdir). “Əsas məqsəd erməniləri danışıqlar masasına oturtmaq və onları mövcud sülh planını imzalamağa məcbur etməkdir. Bu plana görə, ermənilər 5 rayonu azad etməlidir. Bizim hökumətin bu planını hələlik Moskva və ermənilərin inadkarlığından təngə gələn Minsk prosesinin iştirakçıları da dəstəkləyir”, – H.Hacızadə Turan-ın müxbiri ilə söhbətində aprelin əvvəllərində baş vermiş hərbi əməliyyatların yekunlarını şərh edərkən bildirib.

Öz mülahizələrini davam etdirən H.Hacızadə bir sıra suallara toxunub: ermənilər 5 rayonu azad etməkdən imtina etsələr nə olacaq? Yenəmi müharibə? Belə olan halda Rusiya özünü necə aparacaq? Və başlıcası, Rusiyanın passiv dəstəyinə görə onunla necə hesablaşacağıq?

Sirr deyil ki, Rusiya təkidlə Azərbaycanı Avrasiya İttifaqına və KTMT-yə qoşulmağa çağırır.

H.Hacızadənin sözlərinə görə, ola bilsin ki, Bakı və Moskva arasında hansısa dialoq olub. Bu, təxminən belə ola bilərdi: KTMT-yə qoşulmağın əvəzində Azərbaycan ermənilərin işğal edilmiş rayonlardan çıxarılması üçün Rusiyadan kömək istəyir. Moskva cavab verir: “Ermənilər bizi dinləmir və bizim təzyiq alətimiz yoxdur”.

O zaman Bakı deyir: “Yaxşı, onda biz başlayırıq, siz isə müdaxilə etməyin. Biz bir qədər irəliləyib erməniləri qorxudacağıq, siz qarışmayın ki, görsünlər ki, onları heç kim müdafiə etməyəcək”.

Əgər 5 rayon azad edilərsə Azərbaycan bunun əvəzini ödəməlidir və Moskvanın çətirinin altına girməlidir, onun siyasətinin təsiri altına düşməlidir, NATO və Türkiyə ilə hərbi-strateji əməkdaşlıqdan imtina etməlidir.

Bunun nə dərəcədə real olduğunu və bunun nə qədər uğurlu bölgü və qərar olduğunu zaman göstərəcək, H.Hacızadə hesab edir.

Adının çəkilməsini istəməyən keçmiş yüksək vəzifəli hərbçi Turan-a bildirib ki, Bakı və Moskva arasında müəyyən razılaşmanın olmasına şübhə etmir. Mahiyyət ondan ibarətdir ki, hərbi əməliyyatlar ən azı indiki mərhələdə hissə-hissə olacaq. Əgər ermənilər “sözə baxmasalar”, yenidən “dərslərini alacaqlar”.

Bu vəziyyətdə Rusiyanın maraqları barədə sualın cavabında hərbi ekspert güman edir ki, Moskvanın əsas məqsədi münaqişə zonasına sülhməramlıları yeritmək və regionda möhkəmlənməkdir. Belə perspektiv Bakını qane etmir. Bakı çoxmillətli qüvvələri görmək istərdi. Lakin RF və Azərbaycam hakim elitasının maliyyə-siyasi maraqları bir çox halda üst-üstə düşür və Rusiya sülhməramlıları amili Azərbaycan hökumətinin sabitliyinə əlavə qarant ola bilər, – hərbi ekspert hesab edir.

O, birbaşa hərbi əməliyyatların yekunlarına toxunaraq Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrinin yaxşı hazırlıqlı olduğunu qeyd edib. Belə ki, ordu qarşıya qoyulan vəzifəni yerinə yetirərək özünü yaxşı göstərdi. Eyni zamanda ekspert Qarabağın şimalında itkinin səbəblərinin təhlilinin vacibliyini qeyd edib.

Politoloq Ərəstun Oruclu da hərbi itki amilini qeyd edib. “Əgər hərbi baxımdan qiymət versək biz hamıya iki mühüm məqamı sübut etmiş olduq: birincisi, biz işğal olunmuş əraziləri özümüz azad edə bilərik, ikincisi “Qarabağ ermənilərinin ordusunun döyüş qabiliyyətli olması” barədə mifi dağıtdıq”.

Siyasi yekunlara gəlincə, əsas odur ki, beynəlxalq birlik başa düşdü ki, münaqişənin real nizamlanması yolunu axtarmaq lazımdır. “Vətənpərvərlik ruhunun alovlanması, bizim vətəndaşların ictimai fəallığı daha bir zərərli erməni mifini – Azərbaycan bununla barışıb və heç kim Qarabağ uğrunda ölmək istəmir” mifini dağıtdı”, – Ə.Oruclu vurğulayıb. Musavat.com

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın