Ana səhifə / Müsahibə / “Düşmənin illər ərzində qurduğu müdafiə xəttini 40 dəqiqəyə keçdik” – Zakir Həsənov

“Düşmənin illər ərzində qurduğu müdafiə xəttini 40 dəqiqəyə keçdik” – Zakir Həsənov

“Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar heç bir nəticə vermir, döyüş zonasında gərginlik artır”.

Bu barədə “Ria Novosti”yə müsahibəsində Azərbaycan müdafiə naziri Zakir Həsənov deyib.

Onun sözlərinə görə, son illərdə döyüş zonasında, Ermənistan qoşunlarının Azərbaycan qoşunlarının qarşısında yerləşdiyi mövqelərdə gərginlik artan xətt üzrə davam edir.

“Bunun bir səbəbi var: Azərbaycan torpaqlarının işğalı. Qalanları bunun nəticəsidir. İşğal olunan ərazilər azad edilmir, danışıqlar heç bir nəticə vermir. Dağlıq Qarabağda qarşıdurma xəttində vəziyyət çətinləşir və bu bəzən lokal döyüşlərə çevrilir. Bu da normaldır. Çünki, iki düşmən ordu üz-üzə durduğu müddətdə bu baş verəcək. Amma zərbə məqsədyönlü şəkildə dinc sakinlərə vurulursa, bu, artıq cinayətdir”.

Nazir bildirib ki, Azərbaycan problemin sülh yolu ilə həllinə sadiqdir: “Lakin bu, o demək deyil ki, danışıqlar sonsuzluğa qədər davam edə bilər. Danışıqlar naminə danışıqlar bizə lazım deyil. Diqqət yetirin ətrafa beynəlxalq qanunlar artıq işləmir. Hamı gücünə arxalanır. Əlbəttə ki, biz buna reaksiya verməliyik.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaqla Ermənistan digər ölkələri öz təxribatlarının girovuna çevirir. Onlar bilirlər ki, əgər heç kim situasiyaya müdaxilə etməsə, heç 3 gün davam gətirə bilməyəcəklər. 2016-cı ildə artıq bu, baş verib. Bizi o vaxt dayandırmasaydılar, müqavimət artıq sındırılacaqdı. Düşmənin illər ərzində qurduğu müdafiə xəttini 40 dəqiqəyə keçdik”.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın