Şənbə , Aprel 20 2024
Ana səhifə / Müsahibə / Düşmənin atəşə tutduğu yaşayış məntəqələrində vəziyyət necədir?

Düşmənin atəşə tutduğu yaşayış məntəqələrində vəziyyət necədir?

İyulun 30-a keçən gecə və səhər saatlarında Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım, Ağstafa rayonunun Köhnəqışlaq və Tovuz rayonunun Qaralar kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən iriçaplı silahlardan intensiv atəşə məruz qalıb.

Yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan dəyib.

“ Azinforum.az ” xəbər verir ki, Modern.az saytı həmin ərazilərin nümayəndələri ilə əlaqə saxlayıb.

Qazax  RİH başçısının  Quşçu Ayrım  kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Hafiz Məmmədovun sözlərinə görə, hazırda sakitlikdir:
“Hazırda kənddə sakitlikdir. Ümumi vəziyyət normaldır. Erməni təxribatlarına cavab olaraq ordumuz lazımi tədbirlər görməkdədir”

Ağstafa rayonunun Köhnə qışlaq kənd nümayəndəsi Tutal Həsənov də hazırda vəziyyətin normal olduğunu deyib: “Köhnə qışlaq kəndində sakitlikdir. Hazırda heç bir silah səsi eşidilmir. İnsanlarımız normal şəkildə işlərinin başındadır”

Qeyd edək ki, düşmən atəşinin qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Əkbərli Hüseyn Zakir oğlu şəhid olub.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın