Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Müsahibə / Düşməni vahiməyə salan “Zərbə” – FOTOLAR

Düşməni vahiməyə salan “Zərbə” – FOTOLAR

Ötən həftə Bakıda keçirilən “ADEX 2016” beynəlxalq müdafiə sərgisində Müdafiə Sənayesi Nazirliyinin “Şərq” İstehsalat Birliyinin “AZAD Sistemlər” müəssisəsində hazırlanan müasir kəşfiyyat element bazasına və taktiki məhvedici hücum sisteminə malik “Zərbə” pilotsuz uçuş aparatlarının təqdimatı olub.

AzVision.az xəbər verir ki, yeni yaradılan “Zərbə” PUA gecə və gündüz, istənilən hava şəraitində sərbəst şəkildə düşməni izləmək və zərbə endirmək imkanına malikdir.

Partladıcı gücə malik yeni aparat qəlpəli fuqaslı piyada əleyhinə, müxtəlif texnikaya və canlı qüvvəyə qarşı effektivdir. PUA əməliyyat baxımından xüsusi avadanlıqlarla təchiz edilmiş yüksək keçid qabiliyyətinə malik “K1-Zərbə” mobil xüsusi zirehli maşına quraşdırılıb və istənilən zaman düşmənə sarsıdıcı zərbə endirə bilər.

“K1-Zərbə” həm kəşfiyyat, həm də düşmənin canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub. Çəkisi 10 kq olan “Zərbə” atılan yerdən 100-110 km uça bilir və 2 saat havada qala bilir. Sürəti 60km/saat yuxarıdan aşağıya doğru şığıyanda isə sürəti 400 km/saat da ola bilir. Heç bir radar buna nəzarət edə bilmir. Həmçini “K1-Zərbə” nin geri qayıtmasıda mümkündür. Belə ki, geri qayıdan zaman alt hissədə olan paraşüt açılır və yerə düşə bilir. Onun 1000 metr hündürlükdə ümumiyyətlə gözlə görünməsi mümkün deyil. Aparat maksimum 4000 metr uçur. Aparatın 4 min Fuqas tipli qəlpələri var.

Qeyd edək ki, Azərbaycan Ordusu yerli istehsal olan PUA-larla təmin ediləcək. Belə ki, “ADEX 2016” II Azərbaycan beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovla müdafiə sənayesi naziri Yavər Camalov arasında Silahlı Qüvvələrin yerli istehsal olan pilotsuz uçuş aparatları(PUA) ilə təmin edilməsi barədə anlaşma memorandumu imzalanıb.

Sənədə əsasən, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan yüzlərlə yeni növ kamikadze tipli “Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatları yaxın vaxtlarda Silahlı Qüvvələrin istismarına veriləcək.

Həmçinin oxuyun

Mənfi obrazı canlandırmaq xoşdur, aktyorlar sevgili olmamalıdır

“Möhtəşəm yüz il”, “Gülpəri” və “Eşkiya dünyaya hökmdar ola bilməz” seriallarındakı rolları ilə tanınan türk …

Bir cavab yazın