Çərşənbə , İyun 26 2019
Ana səhifə / Müsahibə / “Düşmən təxribatlarının qarşısı darmadağınla alınacaq” – Ramaldanov

“Düşmən təxribatlarının qarşısı darmadağınla alınacaq” – Ramaldanov

Xəbər verdiyimiz kimi, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.

Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.

Baş verən hadisə ilə bağlı AzVision.az-a açıqlama verən ehtiyatda olan polkovnik, uğurlu Horadiz əməliyyatının komandiri Şair Ramaldanov bildirib ki, “OSA” zenit-raket kompleksinin qoşunların təmas xəttinə yaxın ərazidə yerləşdirilməsi açıq təxribatdır:

““OSA” zenit-raket kompleksinin hansı məqsədlə müdafiənin ön xəttinə, yeni mövqeyə çıxarılması bizə məlum deyil. Onun nə məqsədlə ora yerləşdirildiyini düşmən bilir. Ancaq, bu qurğunun yerləşdirilməsi o deməkdir ki, ermənilər istənilən vaxt Azərbaycan ərazisində uçan aparatları vura bilər. Buna isə imkan verilə bilinməzdi.

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə işğalçıya xəbərdarlıq edib ki, təxribatlardan əl çəksin, vəziyyəti gərginləşdirməsinlər. Bu baş verərsə, Azərbaycan ordusu layiqli cavab verəcək. Yəni, Azərbaycan ordusu tərəfindən təxribatların qarşısı alınacaq. Ordumuz imkan verə bilməz ki, işğalçı qüvvələr orada hansısa ağır texnikanın yerləşdirsinlər”.

Ş.Ramaldanov xatırladıb ki, bu yaxınlarda Ermənistanın bu tipli iki raketi Azərbaycan ərazisinə düşmüşdü. O zamana qədər müəyyən bəyanatlar, xəbərdarlıqlar olmuşdu.

“İndi isə qurğunu qoşunların təmas xəttinə yaxın bir ərazidə yerləşdirmək cəhdi edilib. Bu o deməkdir ki, ekipajı 5 nəfərdən ibarət olan “OSA” zenit-raket kompleksi hava hədəflərini 45 kilometr radiusda aşkar edərək izləməyə götürməyə və 9 kilometr uzaqlıqda məhv etməyə qadirdir. Həmçinin 60 kilometr radiusda uçan aparatlara nəzarət edə bilir. Bu isə təcxribatdır.

Təmas xəttindən 9-10 kilometr aralıda uçan aparatların təhlükəli zonaya çevirmək qəbuledilməzdir. Ona görə də Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu qurğu məhv edildi. Bu, bir daha Ermənistan tərəfə xəbərdarlıqdır ki, Azərbaycan Silahlı Qüvvələri güzəştə getməyəcək. Həmçinin Ermənistanın bu tipli addımlarına, təmas xəttini gücləndirməsinə, o cümlədən Azərbaycana tərəfinə müəyyən dərinlikdə təhlükə yaratmasına yol verməyəcək. Bildirmək istərdim ki, erməni təxribatlarının qarşısı darmadağınla alınacaq”.

Ş.Ramaldanov vurğulayıb ki, Azərbaycan Silahlı Qüvvələrinin nəyə qadir olmasını erməni təxribatının qarşısının alınmasında göstərib:

“Hərbiçilərimiz bir sərrast atışla Ermənistana məxsus “OSA” zenit-raket kompleksini məhv edib. Bu, zabitlərimizin peşəkarlığını, ordumuzdakı silahların gücünü, müasirliyini göstərir”.

Ehtiyatda olan polkovnikin sözlərinə görə, bu qurğu ön xəttə yox, müəyyən bir dərinlikdə yerləşdirilir: “Döyüş taktikasına nəzər yetirsək görərik ki, bu qurğu ön xəttə yerləşdirilmir. Adətən, “OSA” zenit-raket kompleksi daha çox müəyyən bir dərinlikdə yerləşdirilir. Əsas məqsəd dərinlikdə olan obyektləri, ehtiyatları, ikinci eşalonu hava hücumundan müdafiə etməkdir. Təmas xəttində bu qurğular istisna hallarda qurulur. Hesab edirəm ki, Azərbaycan ordusu tərəfindən bu qurğunun dərhal məhv edilməsi vacib idi”.

Həmçinin oxuyun

Hafiz Hacıyev: “Bu müsahibədən sonra məni öldürə bilərlər” (VİDEO)

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Reaksiya TV-yə müsahibə verib.Həmin müsahibəni təqdim edirik:

Bir cavab yazın