Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / Döyüşçülərdən bəyanat: “Biz hazırıq, Prezidentimizin əmrini gözləyirik”

Döyüşçülərdən bəyanat: “Biz hazırıq, Prezidentimizin əmrini gözləyirik”

“Son günlər cəbhə bölgəsində baş verən hadisələr, Azərbaycan Ordusunun qəhrəmanlığı biz döyüşçülərdə böyük ruh yüksəkliyi yaradıb. 80 minə yaxın döyüşçünü sıralarında birləşdirən Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVB) bir nəfər kimi torpaqlarımızı azad etmək üçün döyüşə hazırdır və Ali Baş Komandanımızın əmrini gözləyirik. Rayonlarda üzvlərimiz döyüşə atılmaq üçün müvafiq instansiyalara müraciət ediblər. Çox istərdik ki, bizə bu müqəddəs məsələdə icazə verilsin”.

Bu sözləri Modern.az saytına açıqlamasında Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri (AVMVB)  Füzuli Rzaquliyev deyib.

O, qeyd edib ki, cəbhə ilə bağlı onlarda çox yaxşı xəbərlər var: “Biz əminik ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın işğal altında olan bütün torpaqları azad ediləcək. Əmr gözləyirik. Hesab edirik ki, artıq söz demək deyil, iş görmək vaxtı çatıb. Döyüşçü öz sözünü işi ilə göstərməlidir”.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın