Çərşənbə , Noyabr 13 2019
Ana səhifə / Müsahibə / “Cəsədlərin çıxarılması üçün danışıqlar gedir…”

“Cəsədlərin çıxarılması üçün danışıqlar gedir…”

Azərbaycan tərəfi 26 fevralda öz hərbi qulluqçularının meyitlərini neytral ərazidən çıxarda bilmədi.

Virtulaz.org Novosti Armeniya-ya istinadən bildirir ki, bunu Qarabağ separatçılarının nümayəndəsi Vitali Balasanyan deyib.

“Dünən bütün gün ərzində Beynəlxalq Qırmızı Xaç Komitəsinin və həmsədrlərin nümayəndələri orada idilər, ancaq Azərbaycan tərəfi öz hərbi qulluqçularının meyitlərini çıxarda bilmədi, çünki razılığı pozdu. Bu gün səhərdaən danışıqlar davam edir”, – Balasanyan bildirib.

Xatırladaq, bu gün Azərbaycan Müdafiə Nazirliyi həlak olmuş hərbi qulluqçuların adlarını açıqlayıb və bildirib ki, erməni tərəfi yeni şərtlər irəli sürərək beş Azərbaycan hərbi qulluqçusunun meyitinin götürülməsi üzrə əldə olunmuş razılaşmaları pozub.

*   *   *10:53

Azərbaycan Müdafiə Nazirliyi nəhayət ki, fevralın 24-dən 25-nə keçən gecə təmas xəttinin Xocavənd istiqamətində şəhid olan və cəsədləri neytral ərazidə qalan hərbçilərimizin adlarını açıqlayıb. Habelə bildirib ki, ATƏT-in və Beynəlxalq Qırmızı Xaçın vasitəçiliyi ilə cəsədlərin götürülməsinə dair əldə olunmuş razılaşanı erməni tərəfi pozub.

Məlumatda deyilir: “Fevralın 24-dən 25-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən şəhid olmuş hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı.

Lakin meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş razılığın şərtlərini pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb.

Eyni zamanda, cəbhənin digər istiqamətlərində düşmən tərəfi mövqelərimizi müxtəlif çaplı silahlardan, artilleriya qurğularından atəşə tutub və bir neçə istiqamətdə planlı surətdə diversiya həyata keçirməyə cəhd göstərib».

MN şəhid hərbçilərimizin rütbələrini açıqlamır, ancaq onların arasında zabitlərin olduğu məlumdur.

Həmçinin oxuyun

SOCAR-ın cavabı varmı: Niyə qiymət iki dəfədən çox artdı? – MÜSAHİBƏ

İlham Şaban: “Neft gəlirlərində 2,5 milyard dollara qədər azalma müşahidə olunacaq” Azərbaycanda neft hasilatının azalması …

Bir cavab yazın