Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / Cəbhədə gərginlik: düşmən 131 atəş zərbəsi ilə susduruldu

Cəbhədə gərginlik: düşmən 131 atəş zərbəsi ilə susduruldu

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 130 dəfə pozub.

Virtualaz.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Yarımca, Göyarx, Ağdam rayonunun Cəvahirli, Sarıcalı, Kəngərli, Novruzlu, Şuraabad, Mərzili, Şıxlar, Qaraqaşlı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 131 dəfə atəş zərbəsi endirib.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın