Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Müsahibə / Cəbhədə atəşkəs rejimi 43 dəfə pozub

Cəbhədə atəşkəs rejimi 43 dəfə pozub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 43 dəfə pozub.

Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində, Berd və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax, Tovuz və Gədəbəy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Ağdam rayonunun Cəvahirli, Şuraabad, Sarıcalı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

“Artıq rəsmi olaraq Dağlıq Qarabağ adlanan ərazi bölgüsü yoxdur”- Tofiq Zülfüqarov

Terrorçu Ermənistanın törətdiyi cinayətlər səbəbindən Rusiya və Fransanın təşəbbüsü ilə əldə olunan hər iki humanitar …

Bir cavab yazın