Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / Bu gün altı igidimiz şəhid olub

Bu gün altı igidimiz şəhid olub

Bu gün Azərbaycan torpaqları uğrunda şəhid gedən 6 əsgərin anım günüdür.   Axar.az xəbər verir ki, 18 iyun tarixində Qarabağ uğrunda gedən döyüşlərin ən qızğın vaxtında Azərbaycan əsgərlərini daşıyan maşın minaya düşüb. 1992-ci ildə minaya düşən avtomobilin içində Milli Qəhrəman polkovnik leytenant Şirin Mirzəyev, 708-in cəsur tank batalyonu komandiri, ölümündən sonra Azərbaycan Bayraq Ordeni ilə təltif olunmuş baş leytenant Qahir Hüseynov, cəsur kəşfiyyat komandiri leytenant Yavər Babayev, Şirin Mirzəyevin qardaşı oğlu Mübariz Mirzəyev, əmisi nəvəsi Araz Mirzəyev şəhid olublar.

Bu gün eləcə də Mübariz İbrahimovun anım günüdür. O, 2010-cu ildə Vətəninin bir hissəsinin düşmən tapdağında olmasına dözməyərək ölümü bahasına da olsa, düşmən postuna girməyi bacarıb və uzun döyüşlərdən sonra qəhrəmancasına şəhid olub.   Allahdan şəhidlərimizə rəhmət diləyirik. Məkanları cənnət olsun.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın