Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Müsahibə / “Bölgələrə getməliyik ki, camaat bizi görüb sakitləşsin” – Deputat

“Bölgələrə getməliyik ki, camaat bizi görüb sakitləşsin” – Deputat

“Bir nazir hər hansı bölgəyə gedir. Ora getmək ərəfəsində camaatı hazırlayırlar. Kim qəbul edilsin, kim uzaqlaşdırılsın və s. Sonra da televizorda baxırsan ki, İlahi, bu görüşlər nə gözəldir? Əslində isə o məmurun səfəri böyük narazılıq yaradır”.

Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Yaqub Mahmudov Əmək və sosial siyasət komitəsinin iclasında bildirib.

“Ay qardaş belə olmaz ki, camaatı sorğu-sual etmək lazımdır. Biz dünya miqyasında ağır böhranın içərisindəyik. 2017- ci ilə çox böyük ümidimiz var ki, cənab prezidentin sayəsində bunun qarşısı alınacaq. Camaatın içərisində müəyyən çətinliklər, narazılıqlar var. Müəyyən ictimai tələblər var. Biz onların danışığına su səpməliyik. Bölgələrə getməliyik ki, camaat bizi görüb sakitləşsin.

Hər bir qanun, sərəncam tariximizdə də bu millətlə sorğu sual olunub. İnsanların arzusu odur ki, bizim sahədə hər hansı qanun hazırlananda camaat içində də sorğu aparılsın. Bunları keçirsək, bizim qanunumuz digər ölkələrin qanunlarından fərqlənəcək. Azərbaycan Bakıdan ibarət deyil. Rayonlarımız, kəndlərimiz var.

Bizə insanların ehtiyacı var. Çox gözəl qanunlar qəbul etmişik, amma onların bundan xəbəri yoxdur. Bizə daş atmaq istəyən atır. Çatdırmayanda kimsə daşı Hadı Rəcəbliyə atır. Başqaları da onu müdafiə edir. Biz iş görməliyik”.

Həmçinin oxuyun

Zahid Oruc: “Bu ləyaqətsiz və qeyri-insani hərəkətin cavabı məhz Ermənistanda olmalıdır”

Oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə …

Bir cavab yazın