Cümə , Oktyabr 30 2020
Ana səhifə / Müsahibə / Baba Vəziroğlu: “Məni ilk təbrik edən Leyla Əliyeva oldu”

Baba Vəziroğlu: “Məni ilk təbrik edən Leyla Əliyeva oldu”

“Dünyada insan sağlığından qiymətli sərvət yoxdur”

Ötən gün tanınmış şair Baba Vəziroğlunun 66 yaşı tamam olub. Nəğməkar şair doğum günü ilə bağlı təəssüratlarını Azvision.az -la bölüşüb.

– Yaşınızın üstünə bir il də əlavə olundu. Deyirlər, yaş kişinin var-dövlətidir. Siz bu barədə nə düşünürsünüz?

– Adam var 100 il ömür sürüb, amma o illəri üst-üstə qoysan mənalı bir şey tapmarsan. Baxır, sən necə yaşamısan. Bu mənada müdriklik, ağıl, təmkin, müəyyən həqiqətləri anlamaq yaşla gəlmir. Adam tanımışam ki, 100 yaşı olub, soruşmuşam ki, bu dünya haradan gəlib haraya gedir? Deyib, mən eşşəyimin haradan gəlib, haraya getdiyini bilirəm, amma ayrı şey deyə bilmərəm. Yaş şərtidir.

– Keçmişə boylananda, ən çox hansı illəriniz üçün darıxırsınız?

– Keçmişə dönüb, illərin heç birində dayanmazdım. Çünki mən gələcək ilə yaşayan adamam. Gələcəyə boylanmaq istəyərəm. Arzum sabahı görmək, yaşamaqdır. Keçmişi keçib gəlmisən. Axan çaya bir dəfə girmək olar. İkinci dəfə girmək istədiyin çay çoxdan axıb gedib. “Lənətə gəlmiş bir dəfə” ifadəsi var. Hər şey bir dəfə olur. Təkrar mümkün deyil.

– Doğum gününüzdə aynaya baxdınız, saçınıza daraqla sığal çəkdiniz. Sonra nə dediniz özünüzə?

– Aynaya baxmadım. Məni dünən bütün günü mavi ekranlar göstərirdi. Haqqımda hazırlanan verilişlərə baxırdım ki, görəm nə demişəm. Yaxud saçımı burada belə daramışam, gələn dəfə belə darayaram deyə.

– Yeni yaşınızı necə təbrik etsəydilər, ürəyinizin sarı simini tərpədərdilər?

– Ürəkdən gələn can sağlığı arzusunu eşitmək ürəyimə yağ–bal kimi yayılar. Dünyada insan sağlığından qiymətli sərvət yoxdur.

– Nəvələriniz sizi necə təbrik etdilər?

– Yarı rus, yarı ingiliscə. Öpdülər, qucaqladılar. İngiliscə şeir deyib, mahnı oxudular.

– Doğum gününüzdə Prezident tərəfindən “Şöhrət” ordeni ilə təltif olundunuz? Nə hisslər keçirdiniz?

– Sürpriz oldu. Heç gözləmirdim. Adi bir ad günü idi. Yubiley, bayram deyildi. İlk ad günü təbrikimi ayın 9-da Leyla Əliyevadan aldım. O, mənim qələm dostumdur, ona “Xeyirxahlıq mələyi” deyirəm. Leyla Əliyeva Mehriban xanım Əliyevadan təbrik gətirmişdi mənə. Çox sağ olsunlar, onlara minnətdaram.

Həmçinin oxuyun

“İlham Əliyevə yalvaracaq ki, ermənilərə orada bir yaşamaq hüququ verin”

Dünən Azərbaycan Ordusunun azad etdiyi yaşayış məntəqələri içərisində Qubadlı rayonunun Əbilcə kəndi də var. Bu …