“Azərbaycan və Türkiyə hədəf bölgədə yerləşən ölkələrdir” – Oqtay Qasımov

Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır? Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan fiqurlarla “Yaxın plan” rubrikası altında müsahibələr təşkil edir. Məqsədimiz ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.

Növbəti müsahibimiz hakimiyyət dövrü də daxil olmaqla Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovdur.

– Cənab Qasımov, sizin fikrinizcə, hazırda Ermənistanın daxilində cərəyan edən proseslər bizim cəmiyyətdə də maraqla izlənilir. Sizin bu barədə rəyiniz necədir?

– Ermənistanın daxilində baş verənlər 20 ildən artıq bir müddətdə Qarabağda başladılan və hələ də davam edən müharibə nəticəsində hakimiyyəti əlzə keçirmiş bir klanın- yeri gəlmişkən həmin qrup Rusiya hərbi kəşfiyyatına bağlıdır- hakimiyyətdən uzaqlaşdırılması prosesidir. Belə demək mümkündürsə, hakimiyyəti 20 ildən artıq müddətdə əlində saxlayan terrorçu bandanın üzvləri ilə Ermənistanda hakimiyyətə may ayında gəlmiş Paşinyanın rəhbərlik elədiyi siyasi qüvvələr arasında iqtidar mübarizəsi gedir. Biz Paşinyanı hələ ki Ermənistanda iqtidar sahibi hesab edə bilmərik. O formal olaraq hakimiyyətə gəlib və hazırda öz iqtidarını formalaşdırmaq üçün həmlələr edir. Bu isə yeni hakimiyyət çarpışması deməkdir.

– Sizcə, Paşinyan hakimiyyətinin xarici siyasətində əsas prioritetlər hansılardır?

– Paşinyanın hal-hazırda yürütdüyü siyasət qərbyönümlü siyasət hesab olunur. Çünki Paşinyan özü də siyasətdə olduğu müddətdə, baş nazirliyə qədər dəfələrlə Amerikanın maliyyələşdirdiyi proqramlarda iştirak edib və Amerikanın Ermənistandakı səfirliyi ilə kifayət qədər sıx əlaqədə olub. Onun siyasəti qərbyönümlü hesab olunur ona görə ki, hökümətinin təmsilçilik etdiyi şəxslərin bir çoxu bu və ya digər formada qərbin müəyyən dairələri ilə əlaqəsi var. Ancaq bu o demək deyil ki, Paşinyan qəlbən demokratdır. Hər kəs açıq görür ki, o, parlament seçkiləri keçirməyə tələsmir və gözləyir ki, seçkilərdə ona rəqib olacaq qüvvələri sıradan çıxarsın. Bu zərərsizləşdirmə siyasəti isə gücə, administrativ resurslara dayanır. Odur ki, Paşinyanı heç bir halda demokrat saymaq mümkün deyil.

– Ancaq müşahidələr göstərir ki, Paşinyan hazırda, obrazlı desək, regionda marağı olan beynəlxalq güclərin hamısına erməni dilavərliyi ilə yanaşır. Sizcə bu qılıqlanmaya aldanan olacaqmı?

– Paşinyan və onun təmsil etdiyi qüvvələr Ermənistanı Rusiyadan müəyyən qədər uzaqlaşdırmağa çalışırlar. Amma nəzərə almaq lazımdır ki, Ermənistan hal-hazırda Rusiyanın kifayət qədər ciddi nəzarəti altında olan bir dövlətdir. Həm siyasi, həm təhlükəsizlik həm də iqtisadi baxımdan Ermənistanın bir, bəzən də əksər hissəsi Rusiya şirkətlərinin nəzarətindədir. O cümlədən, Ermənistanın sərhədləri Rusiya tərəfindən qorunur və Gümrüdə yerləşən 102-ci hərbi bazada Ermənistanın təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Qeyd etmək lazımdır ki, Ermənistanın dövlət kimi var olmasının basilica səbəbi məhz Rusiyadır. Əks halda, Ermənistan süni dövlətdir, nəinki Azərbaycan və Türkiyə kimi qonşularının, heç Gürcüstanın qarşısında da duruş gətirə bilməz.

– Paşinyanın daxili siyasətdə əsas hədəflərindən biri odur ki, Ermənistandakı Qarabağ klanını zərərsizləşdirsin. Paşinyan bu məqsədə nail ola biləcək mi?

– Bu Paşinyanın apardığı siyasətin nəticələrindən vəapardığı siyasətə Rusiyanın qoyacağı qarşılıqvə maneələrdən aslı olacaq. Yəni,artıq Rusiyanın qeyd elədiyim kimi, Ermənistana kifayət qədər təsir mexanizmləri var.Əlbəttə , bu, Paşinyan üçün kifayət qədər ağır bir məsələ olacaq. Digər tərəfdən, əgər Paşinyan hakimiyyəti ələ keçirən vaxtı verdiyi vədləri yerinə yetirməzsə, kifayət qədər mürəkkəb şərait yarana bilər. Çünki Ermənistan əhalisi vəziyyətin sürətlə dəyişməsini istəyir. Bütün hallarda bu təkcə Paşinyandan asılı məsələ deyil. Ümumiyyətlə, Paşinyan bir siyasi lider kimi özünü təsdiqləməmiş isimdir. Onun şəxsi iradəsi Ermənistanda heç nəyi həll etmədiyi kimi, erməni cəmiyyətinin iradəsi də ümumi şəkildə heç nəyi dəyişmir. Çünki Ermənistan dövlət və cəmiyyət olaraq hələ də müstəqil deyil. Paşinyan və ya qeyrisi isə o zaman Ermənistanı müstəqil edə bilər ki, Qarabağ məsələsi yekunlaşsın və bu konfliktin bitməsi Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan keçir. Əks halda Ermənistan vassallıqdan uzaqlaşa bilməz.

– Beynəlxalq KİV-də tez-tez açıqlama və rəylər səslənir ki, Rusiya Paşinyanı cəzalandıracaq. Bu ehtimal barədə nə düşünürsünüz?

– Hər halda bu fikirlər əsaslı formada deyilmir. Paşinyanın siyasəti Rusiyanın müəyyən dairələrində artıq qıcıq doğurmağa başlayıb. Bir müddət əvvəl keçmiş prezident Koçaryanın həbsi zamanı Rusiya Xarici işlər naziri Sergey Lavrovun vermiş olduğu bəyanatdan bunu açıq şəkildə sezmək olar. Bu tipli addımlar Rusiyanın mənafelərinə uyğun deyil. Bu baxımdanəgər Ermənistan Rusiya kimi bir dövlətin qoruduğu “qırmızı xətləri” keçərsə,Kreml bunu xoş qarşılamayacaq və tezliklə hərəkətə keçəcək.

– Bildiyiniz kimi, işğalçı Ermənistan təcrid vəziyyətdədir və dünyaya açıla, regional və qlobal layihələrdə iştirak edə bilmir. Ermənistanın əsas ticarət əlaqələri İranladır. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar Ermənistandakı social – siyasi vəziyyətə necə təsir edəcək?

– Azərbaycan onun ərazilərini işğal etmiş və onunla müharibə vəziyyətində olan bir dövlətlə bütün əlaqələrini kəsib. Bu da doğru və haqlı addımdır. Bilirsiniz ki,atəşkəsdən öncə iki tərəfdən- həm Gürcüstandan həm də İrandan yolları açıq idi. Və ordan da ticarətlərini edə, iqtisadi əlaqələrini quran bilirdilər. Amma sonrakı dövrdəAbxaziya və Osetiyadakı məsələlər, həmçinin Gürcüstan ərazilərinin faktiki olaraq Rusiyanın dəstəklədiyi separatçı qüvvələr tərəfindən işğal olunması Gürcüstan tərəfindən o xəttin bağlanmasına gətirib çıxardı. O ki qaldı İranla bağlı vəziyyətə, İran uzun müddətdir Ermənistana keçmiş prezident Petrosyanın dediyi kimi “nəfəslik” rolunu oynayır. Amma bu gün bildiyimiz kimi İran özü kifayət qədər mürəkkəb bir vəziyyətə düşüb. Bu sanksiyalar yeni deyil əslində. Amerika- İran münasibətlərindəki bu ziddiyətin tarixi 40 ilə yaxındır. Bu münasibətlər nəticəsində hətta 70-ci illərin ortalarına qədər İrandakı kürd qruplaşmalarına Mustafa Bərzaninin rəhbərlik etdiyi dövrdə ciddi şəkildə dəstək verdilər. İranda 1979-cu ildəki rejim dəyişikliyindən sonra Amerikanın bölgədəki nüfuzuna çox ciddi zərbə endirildi. Bundan sonra ABŞhökumətinin içərisində İrandan intiqam alma duyğusu yarandı və bu rejimin devrilməsi üçün hərəkətə keçildi. Bu hərəkatın əsası RonaldReyqan hakimiyyəti dövründə müdafiə nazirliyinin müavini vəzifəsinə gətirilmiş Riçard Perle adlı şəxslə bağlıdır. Hətta Türkiyədə də həmin şəxsə “Qaranlıqlar şahzadəsi” təxəllüsü verilmişdi. Yəni bu komandanın əsas məqsədi yaxın və orta şərqdə İsrailin təhlükəsizliyini təmin etmək idi və bu məqsədlə müxtəlif variantlar nəzərdən keçirildi. Bu variantlardan biri də İraqın işğalından sonra ortaya çıxdı. Həmin məsələ İraq-Suriya, o cümlədən, İran ərazisində yaradılacaq kürd bölgələri ilə bağlı məsələ idi. Yəni, İrana tətbiq olunan bu sanksiyalar həm də İsrailin bölgədə aparıcı dövlət olması üçündür.

– Bəs, bu sanskiyaların Azərbaycana və Türkiyəyə təsirləri barədə nə deyə bilərsiz?

– Təbii ki, Azərbaycan və Türkiyə həssas, belə deyək, hədəf bölgədə yerləşən ölkələrdir.Bu sanksiyalar öz təsirini, əlbəttə, göstərəcək. Azərbaycan və İran arasında müəyyən ticarət dövriyyəsi var.Sanksiyalar bu sarıdan sıxıntı yaradacaq. Türkiyəyə gəlincə, rəsmilər açıq şəkildə qeyd ediblər ki, onlar Amerikanın sanksiyalarına qoşulmayacaqlar. Çünki onların İranla bağlanmış müqavilələri var və bu müqavilələrin dayandırılması ilə bağlı qərar vermək istəmirlər. Xüsusilə də bu açıqlama Türkiyə- İran arasında bağlanmış qaz müqavilələrinə aiddi.

– İran ABŞ-ın sanksiyalarına qarşı müqavimət gücünü artırmaq üçün AB ilə hansı səviyyədə əməkdaşlıq qurmağa cəhd göstərəcək?

– İran çalışacaq ki, AB tərkibində ABŞ ilə İrana yönəlik siyasətdə fikir ayrılıqlarından maksimum dərəcədə istifadə etməyə çalışsın. Bildiyimiz kimi, AB nümayəndəsinin də ABŞ-ın bu siyasətindən heç də xoşlanmadıqları haqqında açıqlamları var. Bir neçə Avropa dövlətləri, əsas aparıcılar olan Almaniya, Fransa da Amerikanın İrana qarşı sanksiyalarından məmnun deyillər. Əgər onlar bu istiqamətdə dirəniş göstərsə, İran bu fikir ayrılığından maksimum istifadə etməyə çalışacaq. O cümlədən, İran daha çox Rusiya istiqamətində əlaqələrini genişləndirməyə çalışacaq.

– Cənab Qasımov, əgər bölgədə münaqişələr qızışarsa, şübhəsiz, bunun Azərbayacana da təsiri dəyəcək. Bu təsirlər nədən ibarət ola bilər?

– Azərbaycan hazırda ehtiyyatlı mövqe tutub və çalışır ki, xəta bizdən uzaq olsun. Bu, əslində, normal yanaşmadır. Ancaq hadisələr elə xarakter ala bilər ki, o zaman, bizim bölgədəki sabitlik barədə arzu və cəhdlərimiz nəzərə alınmaya bilər. Çünki bölgədə bir-birinə diş qıcayan dövlətlər kifayət qədər güclüdür. Lakin tarixi, siyasi, demoqrafik, coğrafi şərtlər elədir ki, oyunqurucu dövlət məhz Azərbaycan olmasa da, Azərbaycanın istənilən situasiyadan uduşla çıxmaq şansı var. Azərbaycanın siyasəti iki hədəfə yönəlməlidir, birincisi, daha az zərərə məruz qalmaq; ikincisi, prosesi öz lehinə yönəldib daha əlverişli mövqe sahibi olmaq. Hesab edirəm ki, istənilən halda dövlət olaraq məhz bu hədəflər yönündə hərəkət etməliyik və edəcəyik.

Zdrave universal kremi zdrave forte