Cümə , Aprel 19 2024
Ana səhifə / Müsahibə / “Azərbaycan ordusunun keçirdiyi döyüşlər ildırım sürətli əməliyyatlar olacaq”

“Azərbaycan ordusunun keçirdiyi döyüşlər ildırım sürətli əməliyyatlar olacaq”

Cəbhədə gərginlik yenidən artıb. Düşmən tərəfi cəbhədə təxribatlar törədir, ağır artileriyadan müdafiənin ön xəttindəki mövqelərimizi atəşə tutur. Dünən gecə düşmən qüvvələri tərəfindən mövqelərimiz atəşə tutulub və Azərbaycan ordusunun açdığı cavab atəşi nəticəsində ermənilərin bir neçə canlı qüvvəsi məhv edilib.
Hərbi ekspertlər düşünürlər ki, baş verənlrə göstərir ki, ötən il aprel döyüşləri yenidən təkrarlana bilər. Hərbi ekspert Rəşad Süleymanov Ölkə.Az-a açıqlamasında bildirib ki, əgər aprel döyüşləri baş verərsə, yenidən ermənilərin böyük məğlubiyyəti müşahidə olunacaq.

“Düşünürəm ki, atəşkəsin pozulması halları həmişəki kimi Ermənistan tərəfinin təxribatlarıdır. Ermənilər fevral ayından başlayaraq cəbhədə təxribatlara başlayıblar. Xüsusilə diversiya qrupu səviyyəsində. Bu tendensiya yüksələn xətt üzrə gedəcək. Buna da səbəb aprel döyüşlərinin ildönümü ərəfəsində Ermənistanda parlament seçkiləri keçirilir. Hakim partiya faktiki olaraq hakimiyyətdə olan dönəmdə Ermənistanda sosial-iqtisadi vəziyyəti yaxşılaşdıra bilmədi. Əksinə aprel döyüşlərində daha bir zərbə aldı. Bu proses fonunda aprel ayına qədər Ermənistan rəhbərliyi çalışacaq ki, cəbhədə gərginlik yaradaraq cəmiyyətin diqqətini ölkə daxilindəki proseslərdən yayındırsın. Düşünürəm ki, ermənilər böyük cəhdlər edə bilməyəcəklər. Xırda dversiyalara üstünlük verəcəklər. Lakin apreldəki kimi döyüşlərin yenidən təkrarlanmayacağı barədə heç kim dəqiq söz deyə bilməz. Çünki aprel ərəfəsində ermənilər qruplaşma edərək Azərbaycan Ordusunun mövqeylərinə zərbələr endirmək istəyirdilər. Azərbaycan Ordusu da əks həmlələrlə döyüşlərə başladı. Bəlli bir əraziləri işğaldan azad etdi. Əgər belə bir cəhd olarsa, yenidən ermənilərin başına aprel hadisələrinin gəlməsi mümkündür”, – deyə Rəşad Süleymanov bildirib.

Ekspert deyir ki, ötən il erməniləri Rusiya biabırçı məğlubiyyətdən son anda xilas etdi. Lakin bu dəfə Rusiya ermənləri xilas edə bilməyəcək:

“Düşünürəm ki, Rusiya hər vasitə ilə Azərbaycan Ordusunun Qarabağda hərbi əməliyyatlar keçirməsinə mane olmağa çalışacaqlar. Lakin ox yayından çıxandan sonra onu saxlamaq çox çətindir. Azərbaycan Ordusu 20 il ərzində bu səviyyədə irimiqyaslı döyüşlər aparmamışdı. Aprel döyüşlərindən sonra düşmənin qüvvəsini, hərbi imkanlarını bildik, ordumuzun hansı çatışmazlıqları məlum oldu. Bu dəfə Azərbaycan Ordusunun keçirdiyi döyüşlər ildırım sürətli əməliyyatlar olacaq. İldırım sürətli əməliyyatlar nəticəsində böyük ərazilərimizi də işğaldan azad edə biləcəyik”.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın