Ana səhifə / Müsahibə / Azərbaycan ordusu şəhid verdi

Azərbaycan ordusu şəhid verdi

Azərbaycan Müdafiə Nazirliyi təmas xəttində baş vermiş insident barədə məlumat yayıb. Məlumatda deyilir:

Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbr diləyir.

İnsidentin nə vaxt və təmas xəttinin hansı sahəsində baş verdiyi göstərilmir. Habelə hərbi qulluqçumuzun vurulmasına cavab olaraq düşmənə qarşı qisas tədbirlərinin görüldüyü barədə məlumat yoxdur.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın