Şənbə , Yanvar 16 2021
Ana səhifə / Müsahibə / Atəşkəs rejimi 17 dəfə pozulub

Atəşkəs rejimi 17 dəfə pozulub

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun Paravakar kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu və Qaralar kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Həmçinin oxuyun

“Əməkdar artist adını 3, Xalq artisti adını 5 min manata satırdılar“ – Rasim Balayev

Xalq artisti Rasim Balayevin müsahibəsi: – Rasim müəllim, yeni mədəniyyət nazirindən hansı gözləntiləriniz var? Sizcə, …

Bir cavab yazın