Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Müsahibə / Atəşkəs pozuldu – Minaatan, qumbaraatan, pulemyot atəşi…

Atəşkəs pozuldu – Minaatan, qumbaraatan, pulemyot atəşi…

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, qumbaraatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə, sutka ərzində atəşkəs rejimini ümumilikdə 26 dəfə pozub.

Qafqazinfo” xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ErmənistanRespublikası İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Qaraqaşlı kəndləri yaxınlığında, həmçinin Goranboy, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Həmçinin oxuyun

“Əli Həsənov mənə dedi ki, çıxıb efirlərin birində Rüstəm İbrahimbəyovu söyüm”

Müsahib əməkdar artist, Azərbaycanın tanınmış kinorejissoru və aktyoru Elxan Qasımovdur. Xatırladaq ki, Elxan Qasımov hələ …

Bir cavab yazın