Bazar , Oktyabr 25 2020
Ana səhifə / Müsahibə / Ali Baş Komandan zirehli döyüş maşınlarına baxdı

Ali Baş Komandan zirehli döyüş maşınlarına baxdı

Bu gün Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrin Baş Qərargahının yeni inzibati binasının açılışında iştirak edib.

Qafqazinfo” xəbər verir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.

Sonra Prezident İlham Əliyev binada yaradılan şəraitlə və Mərkəzi Komanda Məntəqəsinin fəaliyyəti ilə tanış oldu.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov Prezident, Ali Baş Komandan İlham Əliyevə məlumat verdilər ki, Silahlı Qüvvələrin gündəlik və döyüş fəaliyyətinin planlaşdırılması və idarə olunması üçün yaradılan məntəqədə 140 nəfərin işləməsi üçün hər cür şərait yaradılıb.

Burada əsas komanda məntəqələri ilə birbaşa videobağlantılar qurulub.

Sonda Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müxtəlif təyinatlı zirehli döyüş maşınlarına baxıb.

Bu maşınların funksiyası və imkanları barədə dövlətimizin başçısına ətraflı məlumat verilib.

Həmçinin oxuyun

“Artıq rəsmi olaraq Dağlıq Qarabağ adlanan ərazi bölgüsü yoxdur”- Tofiq Zülfüqarov

Terrorçu Ermənistanın törətdiyi cinayətlər səbəbindən Rusiya və Fransanın təşəbbüsü ilə əldə olunan hər iki humanitar …

Bir cavab yazın