Ana səhifə / Müsahibə / Ağdamda şəhidin medalı 6 aylıq oğluna verildi

Ağdamda şəhidin medalı 6 aylıq oğluna verildi

Ağdam royonunun “Dörd yol-1” qəsəbəsində ötən il düşmən atəşinin qarşısını alarkən şəhid olan kiçik çavuş Əhmədov Tural Məhərrəm oğlunun anım mərasimi keçirilib.

“Report”un məlmatına görə, tədbirdə Müdafiyyə Nazirlyinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, şəhidin xidmət etdiyi hərbi hissənin və rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin xatirəsi ehtiramla yad edilib.

Mərasim iştirakçıları 24 yaşlı kiçik çavuşun ilk gündən ordu həyatında nizam-intizamlı, çalışqan, qorxmaz və cəsarətli hərbi qulluqçu kimi tanındığını vurğulayıblar.

Sonra müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrilə ölümündən sonra təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal Müdafiyyə nazirlinin əməkdaşı tərəfindən onun ölümünən sonra dünaya gələn 6 aylıq övladı olan və atasının adını daşıyan Tural Əhmədova təqdim olunub.

Şəhidin ailə üzvüləri göstərilən diqqətə görə ölkə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Qəhrəman oğullarımızın qisasının yerdə qalmayacağına əminliyini ifadə ediblər.

Həmçinin oxuyun

“Belə verilişləri hazırlayanlar papaqlarını qarşıya qoyub düşünməlidirlər, özlərinə çəki-düzən verməlidirlər”-Müsahibə

Zülfiyyə Eldarqızı: “Ailəsini, uşağını, ərini atıb gələn qadının saçını, qaşını düzəldib, iş tapıb onu ulduza …

Bir cavab yazın