Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Müsahibə / “3 ay idi oğlumdan xəbər yox idi, dünən şəhid olduğunu dedilər”

“3 ay idi oğlumdan xəbər yox idi, dünən şəhid olduğunu dedilər”

Vətəni yaşatmaq üçün canından keçən qəhrəmanlarımızdan biri də Göygöl rayonunun Çaykənd kəndindən olan  Mirzə Hüseynov Kəlbəcər uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O iki övladını, ailəsini düşünmədən valideynlərinin həsrətində olduğu Kəlbəcər uğrunda mübarizəyə qoşulub.

Şəhidin atası Xəlfə Hüseynov Modern.az-a danışıb. 

 Xəlfə bəy3 ay müddətində oğlunuzdan xəbər gəlməyib, kimlərə müraciət etdiniz, kimlər dəstək göstərdi sizə?

– Bir ata üçün övladın necə dəyərli, əvəzsiz olduğunu övlad sahibi olan hər kəs başa düşər. Müharibə başlayandan oğlum ön cəbhədə olub.

Onun geridə qoyub getdiyi iki azyaşlı qız övladı var idi. Ön cəbhədə hər an şəhid olmaq zirvəsi var.

O zaman Şəmkir korpusunun generalı Xəqani Cəbrayılovun yanına getdim, bizim əvvəldən onunla dostluğumuz var idi. Nəysə gerisini danışmayım, indiki vaxtda belə şeylər danışmaq düzgün deyil. Əminəm ki, onun barəsində lazımi ölçü götürüləcək.

 Oğlunuz nə zaman yollanıb hərbi xidmətə?

– Mirzənin 29 yaşı vardı. 4 il idi ki, müddətdən artıq hərbi xidmətdə idi. Ailəsinə, vətəninə hər zaman çox dəyər verirdi. Sonuncu dəfə sentyabrın 27-si danışdıq. 3 ay olardı əlaqəmiz kəsilmişdi, sonda da şəhidlik xəbəri gəldi.

Dekabrın 25-i bizə məlumat verildi ki, Kəlbəcər rayonunda  Qaragölün üstündən 2 nəfər tapılıb. Onlardan biri də mənim oğlum Mirzə imiş. 3 aydır düşünürdüm ki, heç olmasa məzarı olsun, təskinlik tapım, bu gün nəşi gətiriləcək, bu gün olmasa da, sabah gətiriləcək. Ən azından biləcəm ki, gedib ziyarət edəcəyim bir məzarı var. Düşünə bilirsinizmi, bir ata üçün övladının məzarını arzulamaq nə deməkdir…

 Sizin üçüçətin olsa da, oğlunuzla bağlı xatirələrinizdən də danışaq…

– Mirzə hər zaman vətəni üçün canından keçməyə hazır idi. Hamının yanında hörməti vardı, hamı onun xətrini çox istəyirdi. Uşaqlıqdan həvəsi vardı hərbçi olmağa, o həm də snayper idi.

Döyüşdən sağ qayıdan uşaqlar Mirzədən o qədər qürurverici hadisələr danışırlar, fəxr edirəm ki, onun kimi oğlum var. Əsgər yoldaşları Mirzənin necə şəhidlik zirvəsinə ucaldığını da danışıblar. Mənə dedilər ki, döyüş zamanı iki nəfər əsgər dostu yaralanan zaman Mirzə özünü düşünmədən onlara kömək etmək üçün güllənin önünə keçdi. Döyüş zamanı komandiri də yaralanıb, heç kim qalmayıb yanında. Mirzə gedib ona kömək etmək istəyirmiş, orada deyiblər ki, bizi də vuracaqlar gəl gedək. Mirzə bir kəlmə deyib ki, kişi öz əsgər yoldaşını qoyub gedərmi. Gedib leytenantı xilas edən vaxt Mirzəni də vurublar. Dostlarını, komandirini tək qoymayıb. Onlarla birlikdə Şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, təki Vətən sağ olsun.

– Mirzənin övladlarıneçə yaşlarındadır?

 – İki balaca qız övladı var. Hələ heç nəyi dərk etməsələr də, ataları üçün çox darıxırlar. Qızlarından birinin 5, digərinin 3 yaşı var. Mənim yanımda qalırlar, bacardığım qədər dəstək olmağa, az da olsa atalarının yoxluğunu hiss etdirməməyə çalışıram. Amma görürsən ki, onların gözü qapıdadır, atalarının bir gün qapıdan içəri girib, onları öpüb-qucaqlayacağını gözləyirlər.

Böyük qızı atasının şəhid olduğunu bilir, amma balaca qızı dərk etmir.  Hələ nə yaşları var ki, çox balacadırlar…

Hərdən görürəm ki, balaca qızı öz yediyi yeməkdən ya meyvələrdən aparıb öz otağında gizlədir. Sual verirəm ki, qızım neyniyirsən bunları? Deyir ki, atama saxlayıram, gələndə ona verəcəm, heç nə deyə bilmirəm, susub baxıram…

 Bu müddəərzində ailənizləmaraqlanan olubmu?

 Xeyr, 3 ay müddətində heç kim bir dəfə də olsun maraqlanmayıb, nə bizimlə, nə oğlumun övladları ilə… Şəhid olduğunu biz dünən bilmişik. Mən kimsədən nəsə istəmirəm, sadəcə gəlib başsağlığı verməkləri belə bəs idi, amma onu da etmirlər.

Allah bütüşəhidlərimizə rəhmət eləsin

Həmçinin oxuyun

“Mənim evimdə erməni yoxdur” – Əli Həsənov

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri, …