Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Müsahibə / 213 nəfər itkin siyahısından çıxarıldı

213 nəfər itkin siyahısından çıxarıldı

“Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış humanitar problemin həlli və itkinlərin taleyinə aydınlıq gətirməkdən ötrü, hələ, çox işləmək lazımdır. Status-kvo dəyişmədikcə, humanitar fəlakətin tam aradan qaldırılması mümkünsüzdür”.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının bu gün keçirilən iclasında sədr Mədət Quliyev belə deyib.

Bu haqda komissiyanın saytı xəbər verir.

M.Quliyev Kəlbəcər rayonu ərazisində 2014-cü ilin iyulunda girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlıqdan məhrum edilmələrinin ciddi narahatlıq doğurduğunu söyləyib.

“Bu məsələdə də qeyri-insani münasibət nümayiş etdirən Ermənistanın müharibə qurbanlarını daim siyasi təzyiq vasitəsinə çevirmək cəhdləri qəbuledilməzdir. Komissiyanın gözlənilməz hadisələrə hər zaman hazır olması vacibdir”.

Toplantıda itkin düşmüş şəxslərlə bağlı 2016-cı ilin birinci yarısında aparılan axtarış-araşdırma və siyahılarda dəqiqləşmə işləri müzakirə edilib.

Müzakirələr zamanı yarım ildə 213 itkinin taleyinə aydınlıq gətirilərək adlarının qeydiyyatdan çıxarıldığı bildirilib. Araşdırma zamanı 11 nəfərin, hələ, atəşkəsə qədərki döyüşlər zamanı itkin düşməsi faktı müəyyən edilib. Bəlli olub ki, 2016-cı il iyulun 1-nə olan məlumata görə, 3803 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınıb.

Ermənistan tərəfinin işğal altında olan Kəlbəcər rayonunda girov götürdükləri Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər.

1994-cü ildə ildə tərəflər arasında atəşkəs sazişi qəbul edilib.

Ancaq, bu ilin aprelində cəbhədə yenidən hərbi əməliyyatlar baş verib. Hər iki tərəf onlarla itki verib. Aprelin 5-də tərəflər yenidən hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə ediblər.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın