Bazar , Noyabr 29 2020
Ana səhifə / Müsahibə / “Əsəb və gərginlik öz sözünü dedi” – Natalya

“Əsəb və gərginlik öz sözünü dedi” – Natalya

Qadın voleybolçulardan ibarət milli komandamızın liderlərindən olan Natalya Məmmədova Almaniya yığmasıyla Avropa çempionatının 1/4 final qarşılaşmasından sonra müsahibə verib.

“Qafqazinfo” həmin müsahibəni təqdim edir:

– Almaniya ilə budəfəki oyununu qrupdakınadan asan alındı…

– Bu, kənardan belə görünə bilər. Ancaq əslində, əsəbi, gərgin matç idi. İlk matçımız indiki fərqli idi. Onda mübarizəni dayandırmaq söhbəti yox idi. Sadəcə, qrupda yeri müəyyənləşdirirdi. Ancaq 1/4 final matçı “uduzan çıxır” deməkdi. Ona görə də hər iki komandada oyuna daha ciddi köklənmə vardı. Partiyanın əvvəlində əsəbilik öz sözünü dedi. Konkret məndə (gülür).

– Bu, oyunun sonunda artdı. Komandamız həlledici zərbəni vuraraq qələbəni rəsmiləşdirməli olduğu halda, ardıcıl rəqibə xallar verirdi. Onda nə baş vermişdi?

– Hələ ki oyunu təhlil etməmişik. Mənim şəxsi fikrim belədir ki, biz beynimizdə daha əvvəl qalib gəldik, nəinki meydançada. Hesab arasında belə böyük fərqi olduğu zamanı qərara gəldik ki, artıq qalib gəlmişik və bu üzdən daha meydançada oynamamağa başladıq. Boşaldıq, belə də oldu. Ona görə bunun üzərində işləməliyik.

– Yarımfinaldakı rəqibi Hollandiya Almaniyadan səviyyəcə üstündü. Gözləntiniz nədir?

– Hollandiyanı mayda keçiriləcək dünya çempionatının təsnifat mərhələsindən çox yaxşı tanıyırıq. Ümumi oyunu ilə güclü komandadı. Çox sürətli ötürmələrlə oyuna malikdi. Bizə çox çətin olacaq. Ancaq hər şey mümkündü. Meydançaya çıxıb qələbə üçün mübarizə aparacağıq.

– Məqsəd yalnır birdi – çempion olmaq…

– Bəli, fikrimizdə yalnız buna nail olmaqdı.

– 2005-ci ildə Avropa çempionatının yarımfinalına çıxanda siz də yığmamızda idiniz. Onda İtaliya və Rusiya ilə qarşılaşdınız. Həmin dövrü necə xatırlayırsınız?

– O Avropa çempionatını xatırlayıram. Həmin vaxt tam başqa komandamız vardı. Həmişə qarşıya yüksək məqsəd qoyuruq. Sadəcə, onda Xorvatiyada oynayırdıq, indisə evdə. Ona görə də çox yaxşı oynamaq, hansısa medalı qazanmaq istəyirsən. 2005-ci ildə tutduğumuz 4-cü yer bizə medal  verməmişdi.

– Yeri gəlmişkən, bu il qarşılaşdığınız Hollandiya indi başqa komandadı, daha ciddi rəqibdi.. Bu baxımdan bizə bir az da çətin olacaq…

– Oyunçular həminkidi. İndi oyunlarında artırıblar. Çünki mayda baş məşqçiləri yeni gəlmişdi. İndisə vaxt keçib və oyun baxımdan anlaşmaları artıb, daha yaxşı kombinaisyalı oyun göstərirlər. Kim deyir ki, asan olacaq? Hər şey bizim oyundan, bizim köklənmədən asılı olacaq.

– Hər matçda startımız yaxşı alınmır, sonra oynamağa başlayırıq. Bu, nəylə əlaqədardı?

– Bəli, Almaniya ilə son oyunda bu, özünü göstərdi. Şəxsən mən 2 səhv etdim. Bu, gərginliklə bağlı idi. Bütü səhvləri üzərində işləməliyik.

Həmçinin oxuyun

“Artıq təzə format formalaşır: Rusiya-Türkiyə formatı” – Tofiq Zülfüqarov

Rəsmi Bakının kəskin etirazından sonra Fransa Xarici İşlər Nazirliyi senatın ermənipərəst qətnaməsinin hüquqi qüvvəsinin olmadığını …