Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Müsahibə / “Ən güclü rəqib ermənilərin arxasında duranlardır…” – “Maşın Şou”nu tərk edən reper

“Ən güclü rəqib ermənilərin arxasında duranlardır…” – “Maşın Şou”nu tərk edən reper

Maraqla izlənilən “Maşın Şou”nun 17-cü sürətinin növbəti efir günü baş tutub. “Hind kinosu” adlanan yarışma 7 iştirakçının mübarizəsi ilə davam edib. İştirakçılardan Ramil Nabran, Xose Bernardo və Ranar Musayevin şəklini atanların sayı eyni olduğundan yenə gün ərzində gələn səslər əsas götürülüb və reper Ramil Nabrana daha az səs göndərildiyindən o, SMS səsverməsinə çıxarılıb. Hədəfinin gizli olmadığını bildirən reper, səs toplayacağı təqdirdə Sərxan Kərmoğlunu oyundan kənarlaşdıracağını bilidirib. Lakin 41,53 faiz səs toplayan reper sonda şounu özü tərk edib.
Moderator.az-ın əməkdaşı reperlə əlaqə saxlayaraq şounu tərk etməsinin səbəblərini öyrənməyə çalışıb:
– Ramil bəy, “Maşın Şou”nu tərk etdiniz. Tamaşaçılarınız niyə sizi darda qoydu?
– Bilmirəm, ola bilsin ki, maddi imkanları çatmadı.
– Sərxan Kərəmoğlunu özünüzə güclü rəqib hesab edirdinizmi?
– Onu güclü rəqib hesab etmirəm. Mənim üçün güclü rəqiblər ermənilər arxasında duranlardır, çünki hələ də vətənsiz yaşayıram.
– Sizinlə görüşən zaman Dilarə Kazımova da bilməyərəkdən maşından əlini çəkdi və o, da sizin ardınızca şounu tərk etdi…
– Orda bütün iştirakçılarla görüşdüm və heç kim əlini çəkmədi, yalnız Dilarə Kazımova əlini çəkdisə, bu mənim günahıma yazılmasın. Qaydalara uyğun olaraq hamıyla görüşüb verilişi tərk etdim. Sizlərə də öz təşəkkürümü bildirirəm.

Həmçinin oxuyun

“Əli Həsənov mənə dedi ki, çıxıb efirlərin birində Rüstəm İbrahimbəyovu söyüm”

Müsahib əməkdar artist, Azərbaycanın tanınmış kinorejissoru və aktyoru Elxan Qasımovdur. Xatırladaq ki, Elxan Qasımov hələ …