Cümə axşamı , Sentyabr 24 2020
Ana səhifə / Müsahibə / “Əli İnsanov kimi təxribatçıların cavabını verəcəyik, bütün diaspor təşkilatları dövlət başçısının və onun xanımının yanındadır”

“Əli İnsanov kimi təxribatçıların cavabını verəcəyik, bütün diaspor təşkilatları dövlət başçısının və onun xanımının yanındadır”

Tanınmış ictimai-siyasi xadim, “Tərəqqi” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmiş, Azərbaycan diaspor hərəkatının görkəmli nümayəndələrindən olan Mirkazım Seyidov Azsiyasət.com saytına müsahibə verib.

M.Seyidov keçmiş Səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovun “BBC”- yə verdiyi müsahibəyə münasbət bildirib. O, Ə.İnsanovun Dövlət başçısının və Birinci vitse-prezidentin ünvanına səsləndirdiyi fikirlərə sərt etirazını bildirib.

M.Seyidov keçmiş Səhiyyə nazirini təxribat törətməkdə ittiham edərək qeyd edib ki, Ə.İnsanovun Azərbaycanla bağlı danışmağa heç bir mənəvi haqqı yoxdur. Çünki o, ölkədə ən korrupsioner, təxribatçı məmur olub və nəticədə öz cəzasını alıb. İndi onun yenidən siyasət adı altında meydana atılaraq avantürist fikirlər səsləndirməsi qətiyyən yolverilməzdir və bütün diaspor təşkilatları onun yersiz fikirlərinə birmənalı şəkildə etiraz edir.

Videomüsahibəni təqdim edirik:

Həmçinin oxuyun

Hikmət Hacıyev: “Qüdrət Həsənquliyev məmur olsaydı, Prezident onu vəzifəsindən azad edərdi”

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev  sualları …