Şənbə , Mart 23 2019
Ana səhifə / Media / Zukerberqin təhlükəsizliyinə 9 milyon dollar xərclənib

Zukerberqin təhlükəsizliyinə 9 milyon dollar xərclənib

“Facebook” şirkəti ötən il öz rəhbəri Mark Zukerberqin şəxsi təhlükəsizliyinə və səfərlərinə 9 milyon dollara yaxın vəsait xərcləyib.
CNN telekanalının yaydığı məlumata görə, bu göstərici 2016-cı ildəki 5,8 milyon dollara nisbətən təxminən 50 faiz çoxdur. 2015-ci ildən etibarən Zukerberqin təhlükəsizliyinə və işgüzar səfərlərinə çəkilən xərclər 20 milyon dollara yaxınlaşıb.

“Facebook”dan telekanala bildiriblər ki, bu qayğı onun şəxsi təhlükəsizliyinə şirkətin yaradıcısı, direktorlar şurasının sədri və baş icraçı direktoru qismində vəzifə səlahiyyətlərindən doğan təhlükələrdən irəli gəlir.

“Biz kompaniyanın özünün rifahı naminə, Zukerberqin Facebook üçün vacibliyi baxımından bu təhlükəsizlik tədbirlərinin saxlanmasını tələb edirik”, – eyni adlı sosial şəbəkə operatorunun rəhbərliyi telekanala bildirilib. (AzərTAc)

Həmçinin oxuyun

Əməkdar jurnalist: “Bədii şuraları senzura ilə müqayisə etmək doğru deyil”

“Bədii şuraya senzura deyib ictimaiyyətdə çaşqınlıq yaradırlar”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında əməkdar jurnalist Nüşabə Hüseynli deyib. …