Çərşənbə axşamı , Dekabr 1 2020
Ana səhifə / Media / Zirə-Türkan avtomobil yolunun tikintisi ilə bağlı 3 milyon manat ayrıldı – SƏRƏNCAM

Zirə-Türkan avtomobil yolunun tikintisi ilə bağlı 3 milyon manat ayrıldı – SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Zirə-Türkan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, iyirmi dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Zirə-Türkan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,0 (üç) milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Həmçinin oxuyun

Axtarışa verdiyimiz rus jurnalist Laçın şəhərində – Video

44 günlük savaş dövründə Azərbaycan və Türkiyə dövlət və ordularına qarşı ağlasığmaz böhtanlar yağdırmış, erməni …

Bir cavab yazın