Bazar , Noyabr 17 2019
Ana səhifə / Media / Zaqatalada məmur özbaşınalığı…

Zaqatalada məmur özbaşınalığı…

Təhsildən rüşvət və korrupsiyanın yığışdırılması istiqamətində Təhsil Nazirliyi və digər əlaqədar dövlət qurumları səviyyəsində mübarizə tədbirləri həyata keçirilir.

Bildiyiniz kimi, Mikayıl Cabbarov təhsil naziri vəzifəsinə təyin edildikdən sonra bu sahədə bir sıra islahatlara start verdi. Belə ki, işinə məsuliyyətlə yanaşmayan bəzi təhsil şöbə müdirləri, məktəb və kollec direktorları tutduğu vəzifələrdən kənarlaşdırıldı. Əslində, nazirin apardığı islahatlar bu sahədə rəhbər vəzifə tutan şəxslərə bir siqnal idi ki, işlərində diqqətli olsunlar. Amma bəzi rayonların təhsil şöbələrinə rəhbərlik edən şəxslər Mikayıl Cabbarovun islahatlarına məhəl qoymayaraq öz bildikləri kimi işləyirlər.

Tərəfdar.az araşdırmasına görə, ölkə rayonlarında təhsilin səviyyəsi ilə bağlı internetdə araşdırma apardıq. Bakunews.az yazşr ki, ən çox tənqid olunan və təhsil səviyyəsinin iflic vəziyyətdə olduğu yazılan rayonlardan biri Zaqataladır. Zaqatala rayon Təhsil şöbəsindən o qədər şikayətlərə rast gəldik ki, yazmaqla mümkün deyil..Əsas mətləbə keçək.

Zaqatalada təhsil durumunun ən aşağı səviyyədə olması, həmin rayonun “süqutu” kimi qiymətlədnirilməlidir.

Qısaca olaraq, Zaqatala Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Habil Qurbanov haqda yazılanlar üzərinə araşdırma apardıq.Bir çox saytların məlumatına görə, Habil Qurbanovdur təhsil nazirinin sərəncamı ilə bu vəzifəyə təyin edilib. H. Qurbanov bu vəzifəyə təyin edilənə kimi Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Zaqatala şəhəri üzrə nümayəndəsi vəzifəsində çalışıb. Yaydığı söz-söhbətlər arasında, Qarabağ Futbol Klubunun baş məşqçisi, Qurban Qurbanovun qohumu olduğunu deməsi də diqqətlərdən yayınmayıb! Bundan əlavə YAP-ın Zaqatala Rayon Təşkilatının sədridir.

Habil Qurbanov, Təhsil Şöbəsinin keçmiş müdirin və rüşvətxor icra başçısının yolu ilə gedir: “Zaqatalada təhsil sistemi çöküb. Rayonunun icra başçısı Mübariz Əhmədzadənin yaratdığı rüşvət və korrupsiya sistemi Zaqatalada təhsil sistemini də məhv edib. Biz sosial sıxıntıların içində batırıq. Rayon sakinlərinin nə halına yanan var, nə də səsini eşidən. Dərdi olan rayon sakinləri aylarla icra başçısının qəbulunda ömürlərini itirirlər. İcra başçısı isə rayonda heç bir problemin olmadığını car çəkərək, rayona ayrılan vəsaitləri mənimsəməklə məşğuldur. Habil Qurbanov əvvəllər İcra Hakimiyyətində işləyib. Sonra təhsilə təyin etdilər. Orda başçının bütün tökdüklərini yığıb, indi Təhsil Şöbəsində tətbiq edir. Onun təhsildən anlayışı yoxdur. Bütün dərdi-səri puldur. Burada “qohumluq şəbəkəsi” hökm sürür. Habil Qurbanov tabeçiliyində olan orta məktəblərə öz qohumlarını və yaxınlarını direktor təyin edərək dövlət tərəfindən ayrılan vəsaiti çalıb-talamaqla məşğuldur. Eynilə icra başçısı Mübariz Əhmədzadə kimi, o da əsas vəzifələrə ancaq öz yaxın adamlarını təyin edir”.(cia.az)

Habil Qurbanov vəzifə alış-verişi edir-İddia

Təhsil Şöbəsinin (RTŞ) müdiri Habil Qurbanovun fəaliyyətindəki qanun pozuntuları, şöbəyə tabe olan təhsil ocaqlarında yaşanan haqsızlıqlarla bağlı müxtəlif maraqlı məlumatlar var.

Məlumatlarda o da deyilir ki, elə məktəblər var ki, idman, hərbi hazırlıq, coğrafiyadan, riyaziyyat, tarix fənnlərini bu sahələrdən tamamilə xəbərsiz adamlar tədris edirlər. Habil Qurbanov Təhsil Nazirliyinə vakant yerlər barədə sorgu gondərmir ki, ixtisasli müəllimlər göndərilsin.

İddiaya əsasən xadimələr isə direktorların tovlələrini təmizləyir.

Direktorlar təhsil müdirinə arxalanib, rayon təhsilində bərbad vəziyyətin yaranmasına görə valideynlərin şikayətlərinə qarşı “yaxsi eləyirik” deyirlər. Şikayətdə o da qeyd olunur ki, bütün bunlardan başçı Mübariz Əhmədzadənin xəbəri var. Çünki valideynlər dəfələrlə vəziyyətlə bağlı icra başçısına şəxsən şikayət ediblər. Amma Mübariz Əhmədzadə çox saylı şikayətləri qulaqardına vuraraq vəziyyətə müdaxilə etmir. Çünki Habil Qurbanovdan hər ay «haqqını» artıqlaması ilə alır.

Direktorları aylığa otuzdurub

Tərəfdar.az bildirir ki, bir çox saytlarda dərc edilən şikayətlərə əsasən, Cənab Habil müəllimin həyata keçirdiyi idarəçiliyin mahiyyəti haqda məlumatları informasiya mərkəzimizə təqdim edən mənbə bildirir ki, o, hər il dərs günü başlamazdan əvvəl, məktəb direktorlarının iştirakı ilə “məşvərəti-məclis” keçirir və onlara lazımi tapşırıqlarını da verir. Keçirilən görüşdə təhsilə dair bir neçə məsələ müzakirəyə çıxarılsa da, əsas müzakirə mövzusu şöbə müdirinin maraqlarının təmin olunmasına yönəldilir. Məsələn, o, keçirilən “məşvərəti-məclis”də məktəb direktorlarına tapşırıqlarını verir ki, yeni dərs ili başladı, məktəblilər dərsə məktəbli formasında getməlidirlər. Verilmiş tapşırıqların mahiyyətini anlayan kəs həm də gözəl bilir ki, verilən tapşırıqlar heç də elə-belə verilmir. Çünki, rayon mərkəzinin yerləşdiyi ərazidə və ətraf bölgələrdə məktəbli formasını tikən bir neçə sexlər var ki, həmin sexlər də, bu və ya digər yollarla Habil müəllimə bağlı olan sexlərdirlər.Azerinfo.az saytının məlumatlarına əsasən,dərs günü başlamazdan əvvəl, elə ki, həmin sexlərdə məktəbli formaları tikilib hazır olur, bu zaman şöbə müdiri məktəb direktorlarından konkret siyahını tələb edib və məktəbli formalarını onlara siyahı ilə paylatdırır. Ümumi satışdan əldə olunan gəlirin bir hissəsi həmin sexlərə çatsa da, gəlirin daha çox hissəsi şöbə müdiri ilə məktəb direktorları arasında “pay-püş” edilir.

Bundan əlavə, rayonun təhsil ocaqlarında direktor vəzifəsini daşıyanların tam əksəriyyəti, Habil müəllimə bağlı məktəb direktorlarıdırlar. O, belə bir addımlarını atarkən yüz ölçüb bir biçib. Yəni, əvvəlcədən götür-qoy edib ki, hər təhsil ocağına rəhbər təyin olunan şəxs ona bağlı şəxs olmalıdır. Çünki, müəyyən maxinasiyaları, saysız-hesabsız qanunsuzluq əməllərini və.s ört-basdır etmək üçün, o, zamanında məsləhətli addımlarını atıb. Bu gün də nəticə göz önündədir. Məsələn, rayondakı mənbəmiz informasiya mərkəzimizi məlumatlandıraraq bildirir ki, dərs günü başlamazdan əvvəl, Zaqatalanın bütün təhsil ocaqlarında dərs saatları rəhbərliyin maraqları çərçivəsində bölünür. Elə ki, dərs gününün başlamasından bir qədər vaxt keçir, rayonun əksər məktəblərinin yuxarı sinif şagirdlərindən bəzilərini siniflərdə görmək mümkün olmur. Çünki, onların valideyinləri əvvəlcədən məktəb direktorları ilə anlaşa bilirlər və müəyyən “haqq-hesab”ın müqabilində, övladlarının repititor yanına getmələrinə ümumi razılıq əldə edə bilirlər. Əldə etdiyimiz məlumatlara görə belə bir razılaşma, hər valideyinə il ərzində min manata başa gəlir. Sözsüz ki, əldə olunan gəlirlər məktəb direktorları ilə şöbə müdiri arasında, əvvəlcədən razılaşdırılmış şərtlər əsasında bölünür.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Erməni jurnalistləri və badımcan dolması…

Dünən sevincimdən yata bilmədim. Axır ki hörmətli Elmar Məmmədyarovun rəhbərlik etdiyi Xarici İşlər Nazirliyi Qarabağ …

Bir cavab yazın