Ana səhifə / Media / Zaqatalada daha bir ölüm: baş həkimə ittihamlar

Zaqatalada daha bir ölüm: baş həkimə ittihamlar

Zaqatala sakini Azinforum.az-a müraciət edib.

Rayonun Kebeloba kənd sakini Hacıyev Sahib Dadaş oğlu bildirib ki, rayon səhiyyəsi morqa çevrilib. Onun sözlərinə görə, bu il fevralın 29-da Zaqatala Rayon Mərkəzi Xəstənaxanasında cərrahiyə əməliyyatı edilən qohumu, 1965- ci il təvəllüdlü Hacıyeva Tamella Şərif qızı həkim savadsızlığının üzündən qanaxmadan dünyasını dəyişib.

“Fibroma qadın xəstəliyinə görə cərrahiyə əməliyatı zamanı qanaxmadan dünyasını dəyişən Tamellanı cərrahiyə olunması üçün həkimə 800 manat pul verilmişdi. Həmçinin bizə cərrahiyə əməliyyatından əvvəl dərman peraparatları da aldırdılar. Hamısını da xəstəxanın daxilindəki aptekdən aldırıldı.

Bu vəhşilikdir ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Leyla Seyidəliyeva hər gün hər dəqiqə törədir. Leyla Seyidəliyeva barədə hər gün mərkəzi orqanlara şikayətlər edilir, qanunsuz əməlləri barədə mətbuatda tez-tez yazılır, amma onun barəsində heç bir tədbirin görülməməsi biabırçılıqdır”.

Şikayətçi bildirib: “Kim şikayət edir, deyir ki sifarişdir, yalandır, “biz aydan arı, sudan duruyuq”. Onda sual olunur Hacıyeva Tamella Şərif qızı nə üçün cərrahiyə zamanı öldü ? Buna kim cavab verəcək?

Bütün qohumlarım adından Prezident cənab İlham Əliyevdən xahiş edirəm Zaqatala RMX-nin baş həkimi Leyla Seyidəliyeva tərəfindən həyatlarını itirmiş günahsız insanların Səhiyyə Nazirliyi tərəfindən qanının batırılmasına imkan verməyin”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın