Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Zaqatala DYP-sində özbaşınalıq – Belə davam edərsə….

Zaqatala DYP-sində özbaşınalıq – Belə davam edərsə….

Qarabağ müharibəsi veteranı, I-cı qrup əlil Əliyev Arif Fəyax oğlu tərəfindən Zaqatala rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının özbaşınalığı,qanuna zidd hərəkətlərini əks etdirən şikayət məktubu daxil olub.

Şikayətçi Arif Əliyev qeyd edir ki, 20.06.2017-ci il tarixində idarə etdiyi 10 XH 811 dövlət nömrə nişanlı avtomobili ilə Zaqatala rayon mərkəzinı doğru hərəkət edərkən yol hərəkəti qaydalarını pozub və buna görə onu, DYP-si bölməsinin əməkdaşları saxlayıb.«Yol polisi əməkdaşları qayda pozduğuma görə mənə protokol yazıdılar və eyni zamanda da heç bir əsas olmadan avtomobili cərimə meydançasına apardılar». Arif Əliyev avtomobilinin heç bir səbəb olmadan cərimə meydançasına aparılmasına qarşı çıxsa da, bu mümkün olmayıb. Sonda A. Əliyevin idarə etdiyi avtomobil şöbənin cərimə meydançasında saxlanılıb.

Sonolay.org məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək məqsədi ilə Zaqatala rayon DYPB-nin rəisi Rövşən Mahmudovla əlaqə saxlayıb.
DYP-si rəisi deyilənlərə münasibət bildirərək etiraf edib ki, Arif Əliyevə qayda pozduğu üçün cərimə protokolu yazılıb və hazırda avtomobil cərimə meydançasına gətirilərək saxlanılır.«Avtomobil hansı səbəbdən cərimə meydançasına aparılıb» sualına gəlincə isə, bu sualla DYP-si rəisindən konkret cavab gözləsək də, bu mümkün olmadı. Ancaq yol polisi rəisi özü də təsdiq elədi ki, cərimə olunduqdan sonra avtomobilin müvəqqəti duracağa aparılmasına əsas səbəb yoxdur. “Bəs onda niyə aparmısınız, nə üçün avtomobili buraxmırsınız”- sualına rəsi belə cavab verib. «Artıq bu işdən şöbə rəisi xəbərdardı, gözləsinlər sabah buraxacam».

P.S. Maraqlıdır, görəsən heç bir səbəb olmadan avtomobilləri cərimə olunduqdan sonra Rövşən Mahmudovun qeyri-qanuni göstərişi əsasında müvəqqəti duracağa aparılması hansı maraqlara xidmət edir?

Sonolay.org

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın