Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Zamin durmuşdu, indi başqasının borcunu ödəyir – VİDEO

Zamin durmuşdu, indi başqasının borcunu ödəyir – VİDEO

Yenə ödənilməyən kredit borcu zaminin üzərində qalıb. Özü də özünün xəbəri olmadan. İndi o, banka xeyli miqdarda pul ödəməlidir.
Məhkəmənin qərarı ilə Aynur Zeynalova  zamin durduğu şəxsin yerinə banka kredit ödəməlidir. Ancaq o, bu qərardan xeyli sonra xəbər tutub. Çünki məhkəmədə iştirak etməyib. Aynur Zeynalovanın özünün də başqa bir banka kredit borcu var. Bununla yanaşı, o, ailədə gəliri olan yeganə şəxsdir. Ancaq məhkəmədə iştirak etmədiyi üçün vəziyyətini dilə gətirə bilməyib.
İstənilən halda, zamin kredit götürən şəxslə eyni səviyyədə məsuliyyət daşıdığı üçün ödənişin ona yönəldilməsi qanunauyğundur. Sadəcə zaminə müəyyən güzəşt edilə bilər.
Şəxs borcu tam ödədikdən sonra həmin məbləği zamin durduğu şəxsdən tələb etməlidir.

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın