Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Media / Zakir Fərəcov baş həkimi işdən çıxardı: “Ciddi nöqsanlar var”

Zakir Fərəcov baş həkimi işdən çıxardı: “Ciddi nöqsanlar var”

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tibb müəssisələrinin rəhbər işçilərinin iştirakı ilə müşavirə keçirib.

Müşavirədə çıxış edən Zakir Fərəcov şəhər səhiyyə sistemində ciddi nöqsanların olduğunu qeyd edib.

Fərəcov bildirib ki, bəzi cavabdeh şəxslər vəzifələrinin öhdəsindən layiqincə gələ bilmir, işlərinə laqeyd yanaşırlar. İcra başçısı xüsusilə Uşaq Xəstəxanasındakı problemlərlə əlaqədar cavabdeh şəxslərə iradlarını bildirib.

Bununla əlaqədar olaraq xəstəxananın Baş həkim əvəzi Sevinc Əliyeva, infeksion xəstəliklər şöbəsinin müdiri Sehri Babayev vəzifələrindən azad ediliblər. “Azərişıq” ASC-nin Şimal regional təchizatı və satışı idarəsinin paylayıcı şəbəkə sahəsinin baş mühəndisi Arzuman İsmayılova yol verdiyi ciddi nöqsanlara görə şiddətli töhmət verilib və sonuncu xəbərdarlıq edilib.

Bundan başqa, İcra Hakimiyyətinin səhiyyə şöbəsinin müdiri Ələkbər Tağıyevə, şöbə müdiri Gündüz Əliyevə töhmət verilib, icra başçısının müavini Teymur Səmədova xəbərdarlıq edilib.

Zakir Fərəcov işinin öhdəsindən gələ bilməyənlərin bundan sonra da vəzifədən kənarlaşdırılacağını, ciddi tədbirlər görüləcəyini əlavə edib. (xeberle.com)

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın