Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Zəhranın atası danışdı – “Dövlətimiz ev versə də…”

Zəhranın atası danışdı – “Dövlətimiz ev versə də…”

Bu il iyulun əvvəllərində Füzuli rayonunun Alxanlı kəndinin erməni işğalçı birləşmələri tərəfindən artilleriya atəşinə tutulması nəticəsində həlak olan 2 yaşlı Zəhranın atası Elnur Quliyev ailəsinin adından Prezident Administrasiyasına şikayət olunması məsələsinə aydınlıq gətirib.

E. Quliyev “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, “Əsgər Ailələrinə Dəstək” İctimai Birliyinin rəhbəri Mətanət Əsgərqızı bu yaxınlarda ailəsinə baş çəkib: “Mətanət Əsgərqızı həyat yoldaşımla söhbətləşib. Ona belə bir narazılıq bildirilməyib. Düzdür, söhbətdə həyat yoldaşım  acılı vəziyyətdə olduğu üçün giley edib. Amma deyilib ki, dövlətimiz ev versə də, verməsə də sağ olsun.  O xanım da ürəyi yandığı üçün öz adından müraciət yazıb.  Mən sonradan o xanımla danışmağa ehtiyac  duymadım. Bəzi saytlarda ürəkbuladırıcı sözlər yazılır. Bu məsələ bizə aid deyil”.

E. Quliyev bildirib ki, evi ailəsinə ancaq cənab prezident verə bilər: “Versə də, verməsə də sağ olsun”.

Ailəsinin sosial  vəziyyətindən də danışan E. Quliyev vurğulayıb ki, sosial vəziyyətləri yaxşıdır: “Bizlə  həmişə maraqlanırlar”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın