Ana səhifə / Media / Zərdabda Təhsil Nazirliyinin xəbəri olmadan orta məktəb açıblar – QALMAQAL

Zərdabda Təhsil Nazirliyinin xəbəri olmadan orta məktəb açıblar – QALMAQAL

Yeni massivdə inşa edilmiş təhsil ocağına hər birindən 1500-2500 manat pul alınaraq, 75 müəllim işə götürüblər

Zərdab rayonunda orta məktəblərdən biri bağlanıb. 4 saylı orta məktəbin müəllim kollektivinin JAM.AZ-a verdiyi məlumata görə, 2 ay əvvəl Zərdabdakı yeni massivdə inşa edilmiş təhsil ocağında 75 müəllim işə götürülüb.

Müəllimlərin iddiasına görə, Zərdabın icra başçısı ora işə götürülən hər bir müəllimdən 1500-2500 manat alınıb. Direktoru isə 7000 manata təyin ediblər. «İndi məlum olub ki, Təhsil Nazirliyi belə bir məktəbin istifadəyə verilməsindən xəbərsizmiş. Nəticədə, 4 saylı adlanan məktəb bağlanıb. İcra başçısı isə hər şeyini sataraqa, məzuniyyət adı ilə rayondan çıxıb. Kimə müraciət edəcəyimizi də bilmirik».

Onların bildirdiyinə görə, bəzi müəllimlər bir qədər də gözləməyi təklif edirlər. «Lakin bir çox müəllimlər Prezident Aparatının qarşısına yürüş etməyi təklif edirlər. Xahiş edirik, bizə köməklik göstərin».

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın