Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Media / Yunus Oğuzdan sensasion status : “Vətəndaşlıqdan azad edin”

Yunus Oğuzdan sensasion status : “Vətəndaşlıqdan azad edin”

Yazıçı-publisist-dramaturq, tarixi romanlar müəllifi Yunus Oğuz səsvermə hüququndan imtina edəcəyi ilə bağlı sosial media hesabında status paylaşıb. 

O, bu barədə Prezidentə müraciət ünvanlayacağını bildirib. Y.Oğuz yazdığı statusların səbəbini açıqlamayıb. Bildirib ki, səbəbini Prezidentə yazdığı müraciətdə bildirəcək.

Azinforum.az “Olaylar” qəzetinin baş redaktorunun yazdığı həmin statusları təqdim edir:

“Əziz dostlar! Çox az qalıb, Cənab Prezidentimə müracət edib məni vətəndaşlıqdan çıxartmağını xahiş edəcəm. Səbəblərini müraciətimdə bildirəcəm.”

“Sabah rəsmən ailəliklə Cənab Prezidentə müraciətimi təqdim edəcəm. Bu, o demək deyil ki, Azərbaycandan gedəcəm. Sadəcə olaraq səsvermə hüququndan imtina edirəm.”

Musavat.com olaraq Yunus Oğuzla əlaqə saxlayıb, statusları özünün yazıb-yazmadığını dəqiqləşdirməyə çalışsaq da, cəhdimiz boşa çıxdı. O, telefonlarımıza cavab vermədi. 

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …