Ana səhifə / Media / Yumurtanın da qiyməti qalxdı

Yumurtanın da qiyməti qalxdı

“Azərbaycanda istehsal olunan quş ətinin qiyməti hələ ki, dəyişməsə də yumurtanın qiyməti artıq 25 faiz artıb”.

Bunu Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev deyib.

O bildirib ki, bu günə kimi müəssisələrdə yumurtanın qiyməti 11 qəpik idisə, bu gündən 14-15 qəpiyə satılacaq: “Yumurtanın qiymətində hazırda 25 faiz artım var. Qiymətin daha da qalxacağı, yaxud azalacağı ilə bağlı proqnoz vermək mümkün deyil. Bu, iqtisadiyyatın ümumi vəziyyətindən asılı olacaq. Hazırda toyuq ətinin qiymətləri hələ ki, 2 manat 40 qəpiklə, 3 manat 5 qəpik arasındadır. Bu fərq məhsulun qablaşdırılmasından asılıdr”.

A.Vəliyev xatırladıb ki, quşçuluq müəssisələri istehsal üçün lazım olan bütün xammalı, avadanlığı xaricdən gətirir: “Müəssisələr üçün lazım olan dərman preparatlarının, yem əlavələrinin, lazım olan avadanlığın 100 faizi başqa ölkələrdən alınır. Yemin isə 80-85 faizi xaricdən gətirilir. Qarğıdalı, buğda və arpanın sadəcə 10-15 faizi yerli məhsul hesabına təmin olunur”.

A.Vəliyevin sözlərinə görə, məsələni həll etmək üçün ilk növbədə yem problemi həll olunmalıdır. Onun sözlərinə görə, müəssisələrə yem istehsal edə bilmələri üçün torpaq sahələri ayrılarsa, problemi çözmək olar. O, bildirib ki, bu məsələ ilə bağlı illərdir müvafiq qurumlara etdikləri müraciətlər nəticəsiz qalıb: “Quşçuluq müəssisələrinə torpaq sahələrinin ayrılması ilə bağlı müvafiq orqanlarla danışıqlarımız bu gün də davam edir. Amma hələ ki, nəticə yoxdur. Bu, uzun bir prosesdir. Torpaq sahələrinin çoxu şoranlaşıb, üzərində qeyri-qanuni tikililər var, həmin ərazilərə işıq, su çəkilməlidir və s. Bütün quşçuluq müəssisələrinin müəyyən qədər torpaq sahəsi olarsa, yem problemini aradan qaldırmaq olar”.

A.Vəliyev onu da bildirib ki, hazırda quşçuluq müəssisələrinin ən böyük problemləri kreditlərlə bağlıdır. Cəmiyyət sədrinin sözlərinə görə, müəssisələrin inkişafı üçün onlara verilən kreditləri ödəyə bilmədiklərindən banklarla aralarında problem yaranır: “Müəssisələrin götürdükləri kreditləri verə bilməməsi daha çox bazar darlığı ilə bağlıdır. İstehsal etdikləri məhsulu bazarda sata bilmirlər, çünki yerli bazarda olan məhsulun beşindən ikisi xaricdən gətirlən donmuş toyuq ətidir. Bu səbəbdən də quşçuluq müəssisələrinin anbarlarında minlərlə ton satılmayan məhsul toplanır”.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın