Cümə , Aprel 26 2024
Ana səhifə / Media / “Yüksək maaş almaq dəyərlərin üstündən xətt çəkmək anlamına gəlmir” – TƏNQİD

“Yüksək maaş almaq dəyərlərin üstündən xətt çəkmək anlamına gəlmir” – TƏNQİD

“”Azadlıq Radiosu”nun Azərbaycan xidməti özlərini daha çox erməni xidməti kimi aparır”.

Bunu tanınmış jurnalist Rövşən Hacıbəyli “Azadlıq Radiosu”nda yayımlanan “Sərhəddəki ermənilər: “Türklər bura ayaq açsa, bizi nökər edəcəklər” başlıqlı reportajına münasibət bildirərkən deyib.

“Reportajı izlədim, kənd sakinlərini danışdıran jurnalist iki fərqli yanaşmanı göstərir. 44 günlük müharibə vaxtı da guya neytral mövqe tuturdular, sanki Azərbaycanın bunlara dəxli yoxdur, həm də bunu peşəkarlıq, balansı qorumaq sayırdılar. Bir mərkəzdən idarə olunan radioda erməni redaksiyasına balansı gözləmək, işğalçı ölkəsini müdafiə etmək yasaq deyil, ancaq Azərbaycan redaksiyasına öz ölkəsinin haqlı mövqeyini dilə gətirmək olmaz. Erməniyə göz yumulursa, azərbaycanlıya da balans gözləyən, bitərəf mövqe tutulan radioda eyni münasibət olmalıdır. Problem radioda deyil, orda çalışanlardadır. Yüksək maaş almaq dəyərlərin üstündən xətt çəkmək anlamına gəlmir, ən azı erməni redaksiyasından örnək götürmək olar, nə qədər ağrılı olsa da…” – R.Hacıbəyli əlavə edib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …