Görüntülər Ələt-Astara yolunda arxada hərəkət edən avtomobildə olan sərnişin tərəfindən qeydə alınıb.

Hər iki yük avtomobilinin sürücüsünün saaatda 100 kilometr sürətlə hərəkət etdiyi aydın görünür. Bununla yanaşı, yük avtomobilindən birinin sürücüsü qəza şəraiti yaradaraq yolda dayanmış digər yük avtomobilinə çırpılmaqdan son anda xilas ola bilir.

Kadrlardan aydın olur ki, qaydani pozan 99 XF 420 və 99 DF 994 dövlət nömrə qeyydiyyat nişanlı yük avtomobillərinin sürücüləridir.

Belə vəziyyətdə yol polisi sürücülərin törətdiyi qayda pozuntusunu radarla qeydə alarsa, onlarıın hər birini 50 manat və 2 cərimə balı gözləyir.