Şənbə , Aprel 1 2023
Ana səhifə / Media / “Youtube” Solovyovun kanalını bağladı

“Youtube” Solovyovun kanalını bağladı

Yutub Rusiya aparıcısı Vladimir Solovyovun kanalını bağlayıb.

Belə ki, onun kanalının bir milyondan çox abunəçisi var idi.
“Vladimir Solovyovla axşam” kanalından sonra videohostinq “Solovyev LIVE” kanalını da bloklayıb.

“Bu kanal Yutubun istifadə şərtlərini pozduğu üçün bloklanıb”, – xidmət səhifəyə daxil olmaq istəyəndə qeyd edir.

Təbliğatçının özü kanalında bloklanmağını “müharibə elanı” adlandırıb.

Qeyd edək ki, Vladimir Solovyov son günlər Ukrayna əleyhinə təbliğat aparırdı.

Buna görə də Kanada hakimiyyəti ona sanksiya tətbiq edib, Avropa İttifaqı V.Slovyovun adını “qara siyahı”ya salıb. Solovyov ikinci Qarabağ müharibəsi Ermənistanın fəal təbliğatçısı olub. O, Azərbaycan əleyhinə təbliğat aparırdı.

Həmçinin oxuyun

Xəzər TV-nin xəbərlər şefi kanaldan GETDİ

Xəzər televiziyasının Xəbərlər Departamentinin şef redaktoru vəzifəsindən ayrılıb. Bu barədə kanalda sözügedən vəzifəni icra edən …