Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Yol polisi ağır qəza törətdi – Yaralılar var

Yol polisi ağır qəza törətdi – Yaralılar var

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Lent.az xəbər verir ki, Sabunçu rayonu ərazisində, Ramana-Maştağa yolunda Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 504 nömrə nişanlı “BMW” ilə “QazEl” markalı, 99 KN 280 qeydiyyat nişanlı yük maşını toqquşub.

Qəza nəticəsində yol polisi avtomobilini idarə edən 31 yaşlı inspektor və yük maşınını sürən 51 yaşlı kişi müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın