Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Yol polisi əməkdaşı avtomobildə qıcolma keçirən uşağı xilas etdi – VİDEO

Yol polisi əməkdaşı avtomobildə qıcolma keçirən uşağı xilas etdi – VİDEO

Azərbaycanda yol polisi əməkdaşı avtomobildə ağır vəziyyətdə olan uşağın həyatını xilas edib.
Lənkəran ərazisində yol hərəkəti qaydasını pozan Fikrət Tağıyev baş serjant Hüseynov Mahiyəddin Mürsəl oğlu tərəfindən saxlanılıb.
Sürücü fiziki qüsurlu nəvəsinin qıcolma keçirdiyini bildirib. Uşağın həyatını xilas etmək üçün cərimə yazmayan polis onlara yardım əlini uzadıb. DYP əməkdaşı xidməti avtomobili ilə həmin nəqliyyat vasitəsinin qarşısına keçərək onu xəstəxanaya qədər müşayiət edib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev, artıq məsələnin tam araşdırıldığını bildirib.
Hüseynov Mahiyəddin DYP rəhbərliyi tərəfindən mükafatlandırılacaq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın