Cümə , Noyabr 27 2020
Ana səhifə / Media / Yeni xəbər kanalına namizədlər – Üç iddiaçı var

Yeni xəbər kanalına namizədlər – Üç iddiaçı var

Yeni ümumrespublika xəbər kanalının açılması ilə bağlı elan edilmiş müsabiqəyə sənəd qəbulu başa çatıb.

Milli Tеlеviziya və Radiо Şurasından (MTRŞ) verilən məlumata görə, qurumun yeni ümumrespublika xəbər kanalının açılması ilə bağlı elan etdiyi müsabiqəyə sənəd qəbulunun vaxtı bu gün başa çatıb.

Martın 11-dən aprelin 11-dək elan edilmiş müsabiqədə iştirak etmək üçün 3 iddiaçı – “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (Real TV), “TV Media Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyəti və “RTV” Məhdud Məsuliyyətli Cəmiyyəti tələb olunan sənədləri Milli Tеlеviziya və Radiо Şurasına təqdim edib. 

Müsabiqənin nəticələrinə MTRŞ-nin iclasında baxılacaq. 

Həmçinin oxuyun

Azərbaycanda daha bir qəzet fəaliyyətini dayandırıb

Bakı şəhər Baş Polis İdarəsinin orqanı olan “Polis” qəzeti fəaliyyətini dayandırıb. Qəzet 1993-cü ildən həftədə …