Ana səhifə / Media / Yeni tədris ili nə vaxt başlayır? – Rəsmi açıqlama

Yeni tədris ili nə vaxt başlayır? – Rəsmi açıqlama

Azərbaycan Təhsil Nazirliyi Qurban bayramı münasibətilə elan olunmuş qeyri-iş günləri ilə əlaqədar 2016/2017-ci tədris ilinin başlama vaxtının sentyabrın 19-na dəyişdirilməsi şayiələrinə münasibət bildirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan “Report”un sorğusuna cavab olaraq deyilib ki, prezidentin “Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli fərmanı ilə 15 sentyabr “Bilik günü” elan edilib və ölkənin bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyənləşdirilib.

Məlumatda o da qeyd olunub ki, Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilən dəyişikliyə əsasən, ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar sentyabrın 12-si və 13-ü qeyri-iş günlədirir.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın