Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Yeni qəbiristanlıqlar necə olacaq? – SOSİAL

Yeni qəbiristanlıqlar necə olacaq? – SOSİAL

“Qəbiristanlıqların yaradılması və idarə olunması” haqqında qanun layihəsi baxılması üçün ayrı-ayrı strukturlara – Nazirlər Kabineti, bələdiyyə və digər səlahiyyətli qurumlara göndərilib.

Azinforum.az modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, hazırlanan qanun layihəsində bütün məsələlər nəzərə alınıb:

“Layihədə standart qəbir yerləri və qəbir daşları, eyni zamanda vahid qəbiristanlıqların yaradılması, onların idarə olunması, dəfn mərasimlərinin qeydiyyatı qaydaları öz əksini tapıb.

Sənəd Şəhərsalma və Tikinti Məcəlləsi, “Bələdiyyələrin statusu haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlarla birlikdə tənzimlənir və digər normativ hüquqi aktlarla müəyyən edilir”.

S.Novruzov deyib ki, müxtəlif qurumlar rəy verdikdən sonra qərar qəbul olunacaq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın