Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Yeni Müsavat”ın əməkdaşı ölkədən getdi – Almaniyadan sığınacaq istədi

“Yeni Müsavat”ın əməkdaşı ölkədən getdi – Almaniyadan sığınacaq istədi

“Yeni Müsavat” qəzetinin və “Kanal 13” İnternet televiziyasının əməkdaşı Röya Rəfiyeva Almaniyaya mühacirət edib.

Mia.az xəbər verir ki, bu haqda “Tolerantlıq” Sosial Araşdırmalar İctimai Birliyi’nin sədri, siyasi şərhçi Azər Rəşidoğlu özünün feysbuk səhifəsində yazaraq məlumat verib.

“Mühacirətə gedən jurnalistlərimizin sayı artır. Tanınmış jurnalist, “Yeni Müsavat” qəzetinin əməkdaşı Roya Rafiyeva Almaniyaya gedib və dərhal siyasi sığınacaq istəyib. Almaniyada olan dostlarımın məlumatına görə, Röya artıq düşərgədə yerləşdirilib. Çox ciddi bir jurnalistimiz ölkəni tərk etdi…”.

Qeyd edək ki, R.Rəfiyeva “Feysbuk”da ölkədən gedişini təsdiq edən status da yazıb, iki azyaşlı övladı ilə birgə yolçuluğunu əks etdirən foto da paylaşıb.

Xatırladaq ki, 2013-cü ildə ölkə başçısının sərəncamı ilə jurnalistlər üçün tikilən binada daha çox evə ehtiyacı olmayan redaktorlara mənzil verilməsinə sərt etiraz edənlərdən biri də Roya Rəfiyeva olub. Lakin o və onun kimi kirayədə yaşayan jurnalistlərin etirazını dinləyən olmayıb…

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın